Bakıda pediatriyanın aktual problemlərinə dair elmi-praktiki konfrans

 

Aprelin 17-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında pediatriyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, ATU-nun və Azərbaycan Pediatriya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda respublikamızın tanınmış pediatrları,  universitetin müəllim və tələbələri iştirak etmişlər.

Tədbiri Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov açaraq ölkəmizdə son illərdə səhiyyə sahəsində qazanılmış nailiyyətlərdən danışmış, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır.

Qeyd edilmişdir ki, əhalinin, xüsusilə uşaqların sağlamlığının qorunması daim Azərbaycan dövlətinin diqqətindədir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır.

 Qeyd olunmuşdur ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya” layihələri hazırlanmışdır. Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərdən olduğunu bir daha sübut edən “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun qəbul edilmişdir. Son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilmiş, onların dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Bakı şəhərində yerləşən bütün uşaq poliklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə təmin olunmuşdur. Regionlarda fəaliyyət göstərən uşaq tibb müəssisləri yeni tikilmiş və təmir olunmuş binalara köçürülür. Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Rektor diqqətə çatdırmışdır ki, Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Universitetdə ənənəvi olaraq keçirilən beynəlxalq konfranslar məhz bu məqsədə xidmət edir. Bugünkü konfransda ABŞ-ın aparıcı tibb mütəxəssisləri iştirak edirlər. Bu isə konfransın əhəmiyyətini daha da artırır. 

Akademik Ədilə Namazova isə çıxışında bölgələrdə çalışan pediatrların bilik və bacarıqlarının artırılmasında konfransın əhəmiyyətini vurğulamışdır.

Sonra amerikalı mütəxəssislər Susan Vear və Cim Varpinskinin, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin uşaqlarda talassemiya, astma və allergiya xəstəlikləri ilə bağlı məruzələri dinlənilmişdir.

Azərbaycanlı mütəxəssislər - ATU-nun professorları Hüseyn Qabulov, Amalya Əyyubova, Zemfira Mirzəyeva və başqaları da ölkəmizdə uşaq xəstəliklərinə dair məruzələrlə çıxış etmişlər.

Aprelin 19-dək davam edəcək konfransda mövzu üzrə elmi məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında