QAX: tibbi müayinənin gedişi diqqət mərkəzindədir

 

 

 

Rayon icra hakimiyyətinin başçısının yanında şuranın növbədənkənar iclasında respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi vəziyyəti müzakirə edilmişdir.

Məsələ ilə bağlı rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri, icra başçısının müavini Vəfa Heydərova və Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə məruzə ilə çıxış edərək məlumat veriblər ki, dövlət başçısının diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizin hər yerində olduğu kimi Qaxda da fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Plana uyğun olaraq bu vaxtadək 22724 nəfər tibbi müayinədən keçirilmişdir. Kampaniyanın gedişi rayon icra hakimiyyəti və inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən nəzarətə götürülmüşdür. Müvafiq məsələ ilə bağlı qarşıya çıxan problemlər operativ şəkildə həll edilir.

Müzakirələri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev respublika Prezidentinin tapşırığına əsasən həyata keçirilən kütləvi müayinələrin əhəmiyyətindən söz açmış və bu kampaniyada əhalinin daha fəal, mütəşəkkil iştirakı üçün aparılan maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyindən danışmışdır. Kampaniyanın yüksək səviyyədə başa çatdırılması üçün tapşırıq və tövsiyələr verilmişdir.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə qeyd etmişdir ki, bu müayinələrdə 3555 nəfərə ilk dəfə aşkar olunan xəstəliklərə görə müalicə yazılmışdır. Qış aylarında soyuqdəymə kimi müşahidə olunan xəstəliklərdən əziyyət çəkən 1749 nəfərin diaqnozunun dəqiqləşdirilməsi üçün flüoqrafiya olunmağa göndərilmişlər. Onlarda yuxarı tənəffüs yollarının yüngül iltihabı xəstəliyi müşahidə olunmuşdur.

124 nəfər vətəndaşın döş qəfəsinin rentgenoskopiyası aparılmışdır. Daha ciddi müayinəyə ehtiyacı olan 4 nəfər Bakı şəhərinin müvafiq klinik xəstəxanalarına (kompyuter tomoqrafiyaya) göndərilmişdir.

Həmçinin ürək-qan damar sisteminin xəstəliklərinə görə şübhəli bilinən 358 nəfər xəstə EKQ-da (elektro kardioqramma aparatında) müayinə olunmuşdur. Ciddi pataloji dəyişikliklər olan, yüksək A/T (arterial təzyiq) müşahidə olunan 37 nəfər xəstə isə mərkəzi xəstəxananın müvafiq şöbəsində müalicəyə cəlb edilmişdir.

Anqioqrafiyaya ehtiyacı olan 2 xəstə Bakı şəhərinin müvafiq klinikasına göndərilmişdir.

Müayinələrin keçirilməsində başlıca məqsəd əhalinin sağlamlıq vəziyyətinin müəyyən olunmasıdır. Təəssüf ki, rayon sakinləri arasında müayinədən yayınanlar da vardır. Onların müayinələrə cəlb olunması üçün lazımi tədbirlər həyata keçirilir. Əminik ki, əlaqədar təşkilatlar bu işdə bizə daha yaxından köməklik göstərəcəklər. Əhalinin sağlamlığına göstərilən bu diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təzahürüdür. Görüşdüyümüz rayon sakinlərinin hamısı bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirirdi.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında