Əhalinin sağlamlığı diqqət mərkəzindədir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən əhalinin icbari tibbi müayinədən keçirilməsi davam edir.

Masallıda bu təbdirlər öz kütləviliyi ilə xüsusilə fərqlənir. Mərkəzi Rayon Xəstəxanasında, Boradigah qəsəbə sahə xəstəxanasında, Kalinovka kənd sahə xəstəxanasında həkim briqadaları fəaliyyət göstərir. Bundan başqa, iki səyyar həkim briqadası da yerlərdə müayinələrə cəlb olunub. Hər gün sübh tezdən poliklinikada ayrı-ayrı ixtisaslı həkimlər tərəfindən müayinə olunanlara bütün yardımçı diaqnostik kabinetlər, ultrasəs, EKQ, EXO kardioqrafiya, rentgen aparatları, klinik laboratoriya xidmət göstərir.

 Martın sonunadək rayonun demək olar ki, bütün idarə və müəssisələrində çalışan işçilərin tibbi müayinədən keçirilməsi başa çatmışdır. Onların sayı 5 mini ötmüşdür. Müayinələr zamanı ümumilikdə 939 nəfərdə xəstəlik aşkar edilmiş, 878 nəfər ambulator, 61 nəfər stasionar müalicəyə cəlb edilmiş, 78 nəfər Bakı şəhərinə göndərilmişdir. Hazırda tibbi müayinə zamanı aşkarlanan göz xəstələrinin siyahıya alınması aparılır.

Yardımlıda da əhalinin tibbi müayinəsi mütəşəkkil davam edir. Mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələri, idarə, təşkilat və müəssisələr üzrə tərtib olunan qrafikə ciddi riayət olunur.

Tibbi müayinələrin keçirilməsi üçün rayon mərkəzi xəstəxanasında hər cür şərait yaradılmışdır. Tibbi müayinələr nəticəsində xəstəlik və ya hər hansı bir nasazlıq aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur. Rayon icra hakimiyyəti aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işini davam etdirir.

Biləsuvarda müayinələrin yüksək səviyyədə keçirilməsi məqsədilə ciddi tədbirlər görülür. Operativ qərargah fəaliyyət göstərir. Səhiyyə şöbəsi üzrə 54 həkim, 140 tibb işçisi aksiyada fəallıq göstərir. İlk növbədə 52 idarə, müəssisə və təşkilatdan 4129 nəfərin müayinədən keçməsi təmin edilmişdir. Yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinəsi də mütəşəkkil keçir. İlk gündən bəri 42544 nəfər tibbi müayinədən keçmiş, 1285 nəfər ambulator, 104 nəfər stasionar müalicəyə cəlb olunmuş, 98 nəfərə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş verilmişdir.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclasında profilaktik tibbi müayinənin gedişi ətraflı müzakirə olunmuşdur. Mərkəzi rayon xəstəxanasının yeni inzibati binasında, regional diaqnostika mərkəzində humanist aksiyanın yüksək səviyyədə keçirilməsi üçün əlavə imkanlar yaradıldığı qeyd edilmişdir. İxtisaslı işçilərindən ibarət 7 həkim briqadası səylə çalışır. Əhalinin 62 faizi müayinələrdən uğurla keçmişdir. 6970 nəfərə ambulator, 373 nəfərə stasionar müalicə təyin olunmuş, 200 nəfər isə daha ixtisaslı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Rayonun 119 yaşayış məntəqəsinin böyük əksəriyyətində müayinələr başa çatmışdır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında