Nərimanov rayonunun 42 mindən çox sakini tibbi müayinədən keçmişdir

 

 

 Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsi kimi səhiyyə sahəsində yüksək nailiyyətlər əldə olunmuşdur.

Belə ki, son illər dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş çoxsaylı səhiyyə ocaqları tikilib istifadəyə verilmişdir. Həmin tibb müəssisələrində ölkə əhalisinin hərtərəfli müayinə və müalicəsi üçün bütün lazımi şərait yaradılmışdır. Bununla belə, əhalinin sağlamlığının qayğısına qalan ölkə Prezidenti fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı konkret tapşırıq vermişdir.

Dövlət başçısının məlum tapşırığı Bakının Nərimanov rayonunda da uğurla icra edilir. Rayonun bütün tibb müəssisələrində olduğu kimi, 1 nömrəli Bakı dəmiryol poliklinikasında da sakinlərin qrafik əsasında tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur. Səhiyyə ocağında sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılmışdır. Gün ərzində yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək müayinədən keçir. Təkrar tibbi müayinələrdən keçənlər də az deyil.  Vətəndaşlarda əvvəlki müayinə zamanı aşkarlanmış xəstəliklərin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Poliklinikanın baş həkimi Ceyhun Hacıyev dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti olduğunu bildirdi. O dedi ki, təcrübəli həkimlərdən ibarət səyyar briqadalar müayinəyə gələ bilməyən insanlara evlərində və iş yerlərində xidmət göstərirlər. Poliklinika 16 min 800 sakinə xidmət edir. Artıq onlardan 6 mindən çoxu müayinədən keçmişdir. Müayinə olunanlardan 571 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.

Müayinədən keçən rayon sakinlərindən İlham Salmanov, Firəngiz Nəzərova, Zakir Bəkirov və başqaları dövlət başçısının bu nəcib təşəbbüsünü  razılıqla qarşıladılar, poliklinikada onların tibbi müayinəsi üçün hərtərəfli şəraitin yaradıldığını, eləcə də həkimlərin diqqət və qayğısını yüksək qiymətləndirdilər.

Yeri gəlmişkən, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Görülən işlər icra hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisindəki 9 poliklinikada bütün lazımi şərait yaradılmışdır. Məhz bunun nəticəsidir ki, indiyədək 42 min 161 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 5 min 456 nəfərə ambulator, 134 nəfərə isə stasionar müalicə kursu təyin edilmişdir.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında