Səbail rayonunda əhalinin tibbi müayinəsinin gedişi müzakirə olunmuşdur

 

 

 

  Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağında Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və aksiyanı uğurla başa çatdırmaqla bağlı vəzifələr  müzakirə olunmuşdur.

Şuranın iclasını giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarına, sərəncam və tapşırıqlara əsasən  Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək səviyyədə təmir olunması, yenidənqurulması, müasir tibb avadanlıqları ilə təchizatı uğurla davam edir. Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə də səhiyyə quruculuğu sürətlə və geniş miqyasda həyata keçirilir. Rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsinin böyük əksəriyyəti əsaslı təmir olunmuş, MTN-nin yeni hospitalı istifadəyə verilmiş, 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılmışdır.

Müzakirədə bildirilmişdir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar Səbail  Rayon İcra Hakimiyyətində komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla qrafiki tərtib olunmuşdur. Məsələ ilə bağlı RİH-də müşavirə keçrilmiş, əlaqədar qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Səbail RİH Başçısının birinci müavini Xalidə Bayramova bildirmişdir ki, fevral ayının 17-dən aprel ayının 1-dək rayon üzrə 42084 nəfər hərtərəfli tibbi  müayinədən keçirilmişdir. Aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüşdür. 143 xəstə stasionar, 5649 nəfər isə ambulator müalicə almışdır. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşır, tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunur, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür. Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu gündəlik nəzarətdə saxlanılır.

1 saylı poliklinikanın baş həkimi Kübra Cabbarova, 33 saylı poliklinikanın baş həkimi Nazim İldırımzadə, 34 saylı poliklinikanın baş həkimi Vəfa Əliyeva, 2 saylı poliklinikanın baş həkim müavini Şahin Quliyev və digər çıxış edənlər  çalışdıqları tibb müəssisələrində əhalinin profilaktik müayinəsi və nəzərdə tutulan işlərlə bağlı məlumat vermiş, əlavə tədbirlərdən danışmış, təkliflərini bildirmişlər. Qeyd edilmişdir ki, rayon ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta və ali təhsil müəssisələrinin, digər təşkilatların işçiləri, ərazidə məskunlaşmış məcburi köçkünlər də tibbi müayinədən keçirilir, xəstə insanlara evlərində xidmət göstərilir.  Səyyar həkim briqadaları iş yerlərində müayinələr aparırlar.

Sonda bu mühüm tədbirin lazımi səviyyədə başa çatdırılması, əlavə tədbirlərin həyata keçirilməsi üçün bir sıra təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir.

R. TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında