Nərimanov rayonunda sakinlərin pulsuz tibbi müayinəsi uğurla davam etdirilir

 

 

Son illər ölkəmizdə davam edən iqtisadi tərəqqi  bütün sosial sahələrdə olduğu kimi,  səhiyyənin inkişafına da güclü təkan vermişdir. Təsadüfi deyil ki, ölkəmizin, demək olar ki, bütün guşələrində ən müasir standartlara cavab verən və hər cür tibbi avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri fəaliyyət göstərir.

 Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da uğurla davam etdirilir. Dünən  rayondakı 8 nömrəli şəhər poliklinikasında əhalinin tibbi müayinəsi ilə bağlı keçirilən aksiya zamanı bunun bir daha şahidi olduq. Belə ki, adıçəkilən tibb müəssisəsində sakinlərin kütləvi dispanserizasiyasının mütəşəkkil qaydada keçirilməsi üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdı. Burada rayon sakinləri qrafik əsasında qeydiyyata düşür, sonra isə ən müasir avadanlıqlarla təchiz edilmiş həkim kabinetlərində tibbi yoxlamadan keçirlər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirdi ki, kampaniyanın yüksək səviyyədə aparılması üçün əvvəlcədən idarə, təşkilat və səhiyyə müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir. Ölkə başçısının tapşırığını təmin etmək məqsədilə rayon sakinləri tibbi müayinə barədə məlumatlandırılmışlar. Görülən işlərin nəticəsidir ki, rayonda olan bütün səhiyyə müəssisələrində tibbi müayinələr uğurla aparılır. Fevralın 17-dən indiyədək poliklinikalarda artıq 5 min nəfərə yaxın rayon sakini pulsuz müayinə olunmuşdur. Mayın 1-dək isə 170 minə yaxın rayon sakini qrafik əsasında pulsuz tibbi müayinə kampaniyasından faydalanacaqdır. Rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərirlər.

Nərimanov Rayon Gigiyena və Epidieomologiya Mərkəzinin direktoru Nurulla Məmmədov qeyd etdi ki, kampaniyanın məqsədi xəstəliklərin vaxtında aşkarlanması və əhalinin sağlamlığının qorunmasıdır. Xəstəlik vaxtında aşkarlanarsa, onun qarşısını almaq da asan olar. Bu baxımdan dövlət başçısının bu humanist addımının böyük əhəmiyyəti vardır. N. Məmmədovun bildirdiyinə görə, hazırda rayonun 6 poliklinikasında tibbi müayinələr aparılır. Rayon sakinləri müayinə olunmaq üçün poliklinikalara həvəslə gəlirlər.

Yeri gəlmişkən, müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıqlarını ifadə etdilər. Rayon sakinləri: şəhid anası Güldəstə İmanverdiyeva, Abbas Məşədiyev və başqaları vətəndaşların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbiri yüksək qiymətləndirdilər, ölkə əhalisinin sağlamlığının qorunması məqsədi daşıyan bu xeyirxah aksiyaya görə  Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında