Anemiya və talassemiya üzrə "dəyirmi masa" keçirilmişdir

Avqustun 13-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu və UNİCEF-in birgə təşkilatçılığı ilə anemiya və talassemiya üzrə "dəyirmi masa" keçirilmişdir.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev bildirmişdir ki, son 6 il ərzində Fond tərəfindən səhiyyə sahəsində də bir sıra uğurlu layihələr reallaşdırılmışdır. Talassemiya xəstəliyi hazırda ölkəmizdə çox aktualdır. Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində ən müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi istifadəyə verilmişdir. Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunmuşdur.
Səhiyyə Nazirliyinin nümayəndəsi Soltan Əliyev bu xəstəliklə mübarizə sahəsində nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən danışmışdır.
Milli Məclisin deputatı Hadı Rəcəbli bildirmişdir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Son illər ölkədə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən layihələr əhalinin sağlamlığının qorunması işinə xidmət edir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra dövlət proqramları həyata keçirilir, yeni qanunlar qəbul edilir.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanda səhiyyə sahəsində əldə olunmuş nailiyyətləri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələri yüksək qiymətləndirmişdir.
Tədbirdə vurğulanmışdır ki, Azərbaycanda anemiya üzrə rəqəmlər də ciddidir və 23 ayadək olan uşaqların yarıdan çoxu anemiyadan əziyyət çəkir. 6-59 ayadək olan uşaqlar arasında isə bu xəstəliyin yayılma səviyyəsi 39 faizdir. Xəstəlik uşaqların, yeniyetmələrin və hamilə qadınların sağlamlığı üçün ciddi təhlükələrdən biridir və ana ölümü hallarının ilkin səbəbidir.
Tədbirin sonunda bəyannamə qəbul olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında