Gəncəlilər tibbi müayinə aksiyalarında mütəşəkkil iştirak edirlər

Azərbaycan Respublikası Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq Gəncənin tibb işçiləri də şəhər sakinlərinə yüksək səviyyədə xidmət göstərirlər. Şəhər ictimaiyyətinin nümayəndələri AzərTAc-a müsahibələrində bu diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq edir, müayinələrin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər.

Gəncə şəhər sakini, ziyalı Tofiq XƏLİL: Mən bir Azərbaycan vətəndaşı kimi yüksək səviyyədə təşkil olunan tibbi müayinə aksiyasından çox razı qaldım. İnsanların sağlamlığına xidmət edən bu tədbirə görə dövlətimizin başçısına təşəkkürümü bildirirəm. Təbii ki, bu aksiya yeganə tədbir deyildir. Son illər regionlarda tez-tez səhiyyə günləri keçirilir. Xüsusilə, paytaxt Bakıda fəaliyyət göstərən mötəbər səhiyyə ocaqlarının kollektivləri tez-tez bölgələrə gəlir, əhaliyə yerindəcə tibbi xidmət göstərirlər. Elə bu yaxınlarda akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun bir qrup həkimi Gəncədə aksiya keçirərkən mən də gözümdə olan problemlə bağlı müraciət etdim. Ən müasir tibbi avadanlıqla təchiz olunmuş səyyar klinikada müayinə olundum və təcrübəli həkimlərin səyi ilə məndə yaranan problem demək olar ki, aradan qaldırıldı. Bütün bunlara görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm.

1 nömrəli Gəncə şəhər poliklinikasının baş həkimi Xalidə SADIQOVA: Bu müayinə aksiyaları Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin bir nümunəsidir. Möhtərəm Prezidentimiz bütün çıxışlarında qeyd edir ki, Azərbaycan vətəndaşı sağlam olmalıdır. Bunun üçün isə əhali  mütəmadi olaraq tibb müəssisələrində müayinədən keçməlidir. Fevralın 17-də başlamış bu aksiya da məhz həmin məqsədə xidmət edir. Şəhərimizin sakinlərinin poliklinikamıza həvəslə gəlmələri və həkim müayinəsindən keçmələri bir daha təsdiq edir ki, Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayanır. Buna görə hər birimiz Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildirir və əmin edirik ki, mayın 1-dək tibbi müayinələri yüksək səviyyədə keçirəcəyik.

Gəncə şəhər 4 nömrəli orta məktəbin əməkdar müəllimi Yeganə SƏFƏROVA: Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinəsinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq keçirilən bu aksiyanı mən də ürəkdən dəstəkləyirəm. Xalqımızın gələcəyi onun sağlamlığından və təhsilindən asılıdır. Məhz bu iki sahəyə daha çox diqqət ayırdığına görə Prezidentimizə minnətdarlıq edirəm. Hamımız yaxşı bilirik ki, həyatımızın bütün sahələri dinamik şəkildə inkişaf edir. Xüsusilə insanların cansağlığının qorunması istiqamətində köklü islahatlar aparılır. İndi respublikamızın elə bir bölgəsi yoxdur ki, orada ən müasir səhiyyə ocağı olmasın. Artıq insanların hər hansı müayinə üçün paytaxt Bakıya getməsinə ehtiyac yoxdur. İstifadəyə verilən müayinə-diaqnostika mərkəzləri dünya standartları səviyyəsində tibbi avadanlıqla təchiz edilmişdir. Bütün bunlara görə dövlətimizin başçısı İlham Əliyevə pedaqoji kollektivimiz adından minnətdarlığımı bildirirəm.

Gəncə şəhər sakini, ziyalı Nizami SEYİDƏLİYEV: Mən də müayinədən keçdim. Həkim və tibb işçilərinin rəftarı, bilik və bacarıqları məndə o təəssüratları yaratdı ki, artıq Azərbaycan səhiyyəsi dünya standartlarına yaxınlaşır. Qısa vaxt ərzində müayinələrin cavabını da aldım. Səhhətimlə bağlı suallarıma həkimlər ətraflı cavab verdilər. Artıq mən öz sağlamlığım haqqında tam məlumatlıyam və buna görə dövlətimizin başçısına təşəkkür edirəm.

Azərbaycan Texnologiya Universitetinin prorektoru Gülsüm FƏTƏLİYEVA: Ölkə əhalisinin sağlamlığının qorunması dövlətimizin prioritet məsələlərindəndir. Yeni-yeni xəstəxanaların açılması, ən müasir tibb avadanlıqlarının alınması və yüksək ixtisaslı tibbi kadrların hazırlanması sözsüz ki, Azərbaycan əhalisinin sağlamlığına təminat yaradır. Keçirilən aksiya da məhz bu məqsədə xidmət edir. Dövlətimizin başçısının dediyi kimi hər bir Azərbaycan vətəndaşı ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçməlidir. Bu onu göstərir ki, Prezidentimiz hər bir vətəndaşın qarantıdır və onun sağlamlığını istəyir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında