Dünya xərçənglə mübarizə gününü qeyd edir

4 fevral – Dünya Xərçənglə Mübarizə Günüdür. Bu tarix 2005-ci ildə Xərçəngə Qarşı Beynəlxalq Mübarizə Birliyi tərəfindən təsis edilmişdir. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır.

AzərTAc xəbər verir ki, bununla əlaqədar fevralın 4-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində xəstə uşaqlar üçün bədii-əyləncəli proqram təşkil edilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara mənəvi yardım göstərmək məqsədi daşımışdır.

Tədbirdə nümayiş olunan “Sabun köpükləri” tamaşası onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara şən əhval-ruhiyyə bəxş etmişdir.

Valideynlər uşaqlarına göstərilən bu qayğıya görə Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin yeni korpusları istifadəyə verilmişdir. Bu, ölkəmizdə xərçəng xəstəliyinə qarşı mübarizənin daha da gücləndirilməsinə təkan verən amil olmuşdur. Hazırda Azərbaycanın rayonlarında yeddi onkoloji dispanser fəaliyyət göstərir. Xəstəliyin vaxtında aşkar olunması üçün Mərkəzdə səyyar diaqnostik kompleks yaradılmışdır. Həmin kompleksin köməyi ilə Azərbaycanın bütün rayonlarında profilaktik baxışlar keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında