Səhiyyə naziri Hacıqabulda vətəndaşları qəbul etmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq  tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, yanvarın 15-də səhiyyə naziri Oqtay Şirəliyev Hacıqabul şəhərindəki uşaq tibb mərkəzində Şirvan şəhərindən, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Vətəndaşlar nazirə əsasən işə qəbul, müalicə, xəstəxanaların təmiri və digər sağlamlıq problemləri ilə bağlı müraciət etmişlər.

Qəbulda vətəndaşların qaldırdıqları məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə digər icra orqanlarına çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında