Keyfiyyətli DƏRMANI necə düzgün seçməli?

 

 

 

Gündəlik həyatda biz dərman preparatı seçimi ilə qarşılaşdıqda tez-tez “keyfiyyətli dərman” ifadəsi ilə rastlaşırıq. Bəs “keyfiyyətli dərman” deyəndə nəyi başa düşürük: gözəgəlimli qutu, yoxsa baha qiymət? Yoxsa içlik vərəqə və ya qutunun xarici dildə olması? Əlbəttə, bütün bu elementlər xəstəyə müsbət psixoloji təsir edə bilər və çox zaman insanlar dərman seçimində bu göstəricilərə əsaslanırlar.

Servye kompaniyası Azərbaycanda rəsmi olaraq 2005-ci ilin oktyabr ayından etibarən “SERVYE AZƏRBAYCAN” MMC kimi fəaliyyət göstərir. Bu gün Servyenin bütün əsas preparatları ölkəmizdə qeydiyyatdan keçmişdir: Preduktal MR, Diabeton MR, Prestarium, Noliprel, Arifon Retard, Detraleks, Koraksan, Bivalos, Bioparoks, Erespal, Melitor, Pronoran.

Bütün xəstələr və həkimlər üçün vacib olan yenilik odur ki, Servye kompaniyası qanunvericiliyə riayət edərək və vətəndaşlarımızın maraqlarını nəzərə alaraq preparatları Azərbaycan dilində yeni qablaşdırmalarda buraxmağa başlayıb. Preparatların çoxu artıq satışda Azərbaycan dilindədir: Prestans, Preduktal MR, Noliprel Arginin, Noliprel Forte, Noliprel Bi-Forte, Prestarium, Prestarium Kombi, Diabeton MR.

Yerdə qalanları - Detraleks, Arifon Retard, Koraksan, Melitor, Bivalos, Erespal, Bioparoks, Pronoran isə tezliklə Azərbaycan dilində qutularla əvəz olunacaq. Hələ ki, bu preparatların idxalı rus dilində olan qutularda həyata keçirilir.

Digər dillərdə olan və dolayı yollarla gətirilən preparatlardan fərqli olaraq Fransada istehsal olunan və Azərbaycana birbaşa çatdırılan yeni Azərbaycan dilindəki qutular Servye kompaniyasının orijinal preparatlarının keyfiyyətinə zəmanət verir. Servye kompaniyası öz preparatlarının keyfiyyətinə tam məsuliyyət daşıyır və Azərbaycanda Servye kompaniyasının preparatlarına nəzarət Azərbaycan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən dərman preparatlarının ekspertizası üzrə analitik mərkəzin köməyi ilə həyata keçirilir.

Lakin “keyfiyyətli dərman” üçün əsas göstərici onun təcrübədə sübut olunmuş effektivliyi və təhlükəsizliyi olmalıdır. Özü də effektivliyin sübutu qonşu və tanışların fikirləri, yaxud çox hörmətli olsalar belə, ayrı-ayrı mütəxəssislərin şəxsi təcrübəsi olmamalıdır. Bu və ya digər preparatın effektivliyini və təhlükəsizliyini təsdiq edən yeganə sübut ciddi protokol qaydası və müəyyən xəstə seçimi yolu ilə aparılan iri miqyaslı, beynəlxalq tədqiqatlara əsaslanan təcrübədə təsdiq və sübut edilmiş təbabətdir. Bu cür tədqiqatların nəticələri yüksək dərəcədə etibarlıdır, belə ki, onlar bu və ya digər nəticələrin əldə olunmasında heç bir marağı olmayan, müstəqil ekspert komitəsinin nəzarəti altında keçirilir. Bundan əlavə, belə tədqiqatlar çox vaxt ikili kortəbii üsulla aparılır, yəni bu halda nə xəstə, nə həkim dərman, yoxsa plasebo qəbul etdiyini bilmir (plasebo – görünüşcə dərman preparatı ilə eyni olan, amma tərkibində təsiredici maddə olmayan həb). Əsas məqamlardan biri də tədqiq olunan xəstələrin sayıdır ki, bunlar da ən etibarlı tədqiqatlarda minlərlə ola bilər.

Eyni zamanda, orijinal preparat və onun generikləri arasındakı fərqi başa düşmək də vacibdir. Çünki generiklərdən söz düşəndə xəstələrdən və təəssüf ki, həkimlərdən də generik və orijinal preparatların eyni olduğunu eşitmək olar. Orijinal preparat - bu, ilk dəfə sintez olunan, istehsalına və öyrənilməsinə on illərlə vaxt sərf edilən molekuldur. Məhz orijinal preparat konkret patologiyalarda effektivliyi və təhlükəsizliyi klinikaya qədərki və klinik tədqiqatların bütün mərhələlərini keçməklə öyrənilmiş preparatdır. Generik isə - sonradan resintez olunan və bioloji və terapevtik ekvivalentliyi orijinaldan 20% və daha çox fərqlənən preparatdır. Beləliklə, generikin orijinal preparatın neçə faizini əvəz etdiyini başa düşmək üçün generik və orijinal preparatların müqayisəli tədqiqatlarının nəticələri ortada olmalıdır. Təəssüf ki, Azərbaycanda bu günə qədər özünü generik elan edən və orijinal preparatla heç bir müqayisəli tədqiqatları olmayan preparatlar az deyil. Əslində bunlar effektivliyi və təhlükəsizliyi yalnız ehtimal edilə bilən surətlərdir, çünki onların etibarlı tədqiqatlar şəklində heç bir sübutu yoxdur.

Dünya miqyasında orijinal preparat istehsalçısı kimi tanınmış kompaniyalardan biri də Servyedir. Bu gün LES LABORATOIRES SERVIER (SERYE) Fransada ən böyük özəl və dünyada ikinci fransız farmasevtik kampaniyasıdır. Təsisedicisi və sahibi kompaniyanın prezidenti, tibb elmləri doktoru Jak Servyedir. Servye kompaniyası 140 ölkədə təmsil olunub və istehsal edilən preparatların 85%-i Fransadan kənarda tətbiq edilir. Hazırda Seryedə 20000 dən çox işçi çalışır, onlardan 3000-i elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur. Kompaniyanın fərqləndirici xüsusiyyətlərindən biri də elmi-tədqiqat işlərinə böyük həcmdə sərmayə qoymasıdır ki, bu da illik gəlirin, yəni 4,2 milyard avronun 27%-nin hər il bu prosesə xərclənməsi sayəsində baş tutur. Məhz elmi tədqiqat prosesinə qoyulan bu böyük yatırım hesabına Servye unikal təsir mexanizmi olan, yüksək effektivliyi təmin edən və milyonlarla xəstənin ağrı-acısını azaldan, həyatını xilas edən preparatların - orijinal molekulların istehsalçısıdır.

Servye yeni preparatların kəşfi və istehsalını Parisin 2 böyük tədqiqat mərkəzində həyata keçirir. Bu mərkəzlərdə yeni, tələbat olunan molekulların axtarışı və kəşfi baş verir və bu prosesdə yeni dərman preparatının preklinik biofarmakalogiyası öyrənilir və buraxılış forması müəyyən edilir. Servyenin yeni molekulunun sonrakı terapevtik tədqiqi 19 beynəlxalq terapevtik tədqiqat mərkəzinə paylanır, bu mərkəzlər isə Paris, Brüssel, Budapeşt, Buenos-Ayres, London, Madrid, Melburn, Monreal, Moskva, Münhen, Pekin, Praqa, Roma, Rio De Jeneyro, Seul, Sinqapur, Stokholm, Tokio və Varşava kimi şəhərlərdə yerləşir. Əsas tədqiqat sahələri isə bunlardır: ürək-damar patologiyası, diabet və metabolizm, onkologiya, revmotologiya, sinir sistemi və psixiatriya.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında