“Elektron hökumət” portalına yeni elektron xidmətlər təqdim edilib

 

 

Səhiyyə Nazirliyi bir sıra yeni elektron xidmətlərini “Elektron hökumət” portalına təqdim edib. Bu barədə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  mətbuat  xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, yeni xidmətlərə “Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi”, “Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədilə müraciətin və sənədlərin qəbulu”, “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” daxildir. “e-gov.az ” portalına və həmçinin “esehiyye.az ttp://e-sehiyye.gov.az/” portalına giriş edərək, adları çəkilən elektron xidmətlər üçün müraciət etmək mümkündür.

Qeyd edək ki, Səhiyyə Nazirliyində 38 elektron xidmətin yaradılması nəzərdə tutulur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında