Həkimlər arasında keçirilmiş sosioloji rəy sorğusunun nəticələri açıqlanmışdır

 

Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində saglamxeber.com informasiya portalının dəstəyi ilə “Çıxış yolu” Sağlam Gənclik İctimai Birliyi tərəfindən 9 oktyabr Prezident seçkiləri ilə əlaqədar namizədlərin reytinqini araşdırmaq və tibb işçilərinin seçici fəallığını müəyyənləşdirmək məqsəd ilə həkimlər arasında keçirilmiş sosioloji rəy sorğusunun nəticələri açıqlanmışdır.

AzərTAc xəbər verir ki, sorğu əsasən Bakı şəhərində 34 dövlət tibb müəssisəsində, 14 özəl klinikada və qismən də regionlarda çalışan həkimlər arasında keçirilmişdir.

Keçirilmiş sorğunun qaydalarına əsasən kimliyi anonim olmadan sorğu vərəqlərində respondentin soyadı, adı, atasının adı, işlədiyi tibb müəssisəsi göstərilməklə anketi imzası ilə təsdiq etmək şərtilə doldurulmuşdur.

Hər bir sorğu anketində mövzu ilə əlaqədar tibb işçilərinə qısa və açıq suallar ünvanlanmışdır. Sorğu anketində respondentin sonuncu dəfə hansı seçkilərdə iştirak etdiyi, namizədlərin seçki platformasını, və onların seçkiqabağı kampaniyalarını izləmələrini, nəhayət hansı prezidentliyə namizədə səs vermələri kimi suallar qeyd olunmuşdur.

Hazırkı seçkilərdə hansı namizədə səs verəcəkləri barədə suala 650 respondentin 87,1 faizinin İlham Əliyevə, 7,8 faizinin Cəmil Həsənliyə, 3,1 faizinin Sərdar Cəlaloğluna, 1,1 faizinin Qüdrət Həsənquliyevə və 0,9 faizinin isə İqbal Ağazadəyə səs verəcəyi məlum olmuşdur. 

Qeyd edilmişdir ki, digər namizədlərin lehinə heç kim cavab vermədiyindən onların hər birinin nəticəsi 0 faiz qəbul olunmuşdur.

Rəy sorğuları nəticəsində məlum olmuşdur ki, rəyi soruşulanların seçici fəallığı ümumilikdə 82 faizdir. Sorğu iştirakçılarının 64 faizi prezidentliyə namizədlərin seçki platformasını və çıxışlarını izlədiklərini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında