İflic insanlar üçün xüsusi cihaz yaradılıb

İsrailli mütəxəssislər iflic olmuş insanların nəfəs alıb verərək yaza bilməsini təmin edən buruniçi cihaz hazırlayıblar. Belə xəstələr internetdə futbol oynaya, təkərli əlil arabasından istifadə edə biləcəklər.
Artıq bu cihazın köməyi ilə yeddi ildir iflic olan və gözünü belə qırpa bilməyən bir qadın sadəcə burnundan nəfəs alaraq uşaqlarına e-mail yazdı. İsrailin Rehovot şəhərindəki Veizman İnstitutunda cihazdan istifadə edən qadın 7 il heç bir şəkildə ünsiyyət qura bilmədiyi 6 övladına duyğu dolu e-mail yazmağı bacarıb. İflic olmuş insanın cihazın necə işlədiyini öyrənib yazı yazması bir neçə günə mümkün olub. Cihazla bir hərfi yazmaq üçün 20-60 saniyə arasında vaxt tələb olunur. Cihaz burundan gələn hava axınını nizamlayır və damağın arxa hissəsindəki toxumaları hərəkətləndirərək hərflərə çevirir. Nəfəs alış-verişini nizamlamaq üçün burunun deşiyinə taxılan cihaz kompyuterə bağlanır. Xəstə burnundan nəfəs alıb-verərək əlifbadakı hərfləri seçir və seçdiyi hərflər kompyuterin monitorunda görünür.
Bu cihazın qiymətinin 10-20 dollar arasında olacağı ehtimal olunur. Onun hazırlanmasında iştirak edən mütəxəssis Noam Sobel cihazın əlil arabasindakı insanlar tərəfindən də istifadə oluna biləcəyini söyləyib.

{nl}


Şəlalə XUDAVERDİYEVA, Bakı Qızlar Universitetinin III kurs tələbəsi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında