Professor Mehmet Yücesoy: Azərbaycan səhiyyəsinin uğurları bizi sevindirir

 

 

 

Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlar bizi sevindirir. Ölkənizdə gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Qürurla demək olar ki, Azərbaycan səhiyyəsi dünya standartlarına uyğun inkişaf yolu tutmuşdur.

Bu fikirləri Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin Bakıda keçirilən XIII beynəlxalq konqresinin iştirakçısı Türkiyənin Erciyes Universitetinin professoru Mehmet Yücesoy demişdir.

Səhiyyəmizin 20 il əvvəlki və indiki vəziyyətinin  müqayisəolunmaz dərəcədə fərqləndiyini qeyd edən türkiyəli professor bildirmişdir ki, hazırda Azərbaycanda qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının aparılması adi hala çevrilmişdir. Bu isə ilk növbədə Azərbaycan səhiyyəsində uğurla aparılan islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin nəticəsidir.      

Mehmet Yücesoy bu beynəlxalq tədbirin Bakıda keçirilməsini də səhiyyəmizin uğuru kimi qiymətləndirmiş və azərbaycanlı həmkarlarının gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına əminliyini dilə gətirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında