Səhiyyə naziri Şəkidə şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul etmişdir

Avqustun 30-da səhiyyə naziri Oqtay Şirəliyev Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən uşaqlarda ürək cərrahiyə əməliyyatının keçirilməsi, böyrək köçürülməsi, işə qəbul, habelə yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə almalarına kömək göstərilməsi ilə bağlı müraciət etmişlər.

 Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmış, digər müraciətlər həll edilməsi üçün qeydiyyata alınmışdır.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən yerlərdə mütəmadi olaraq keçirilən qəbulları yüksək qiymətləndirmiş, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında