Xüsusi Müalicə Sağlamlıq Kompleksi paytaxt əhalisinin sağlamlığının keşiyindədir

Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın güzəranının yüksəldilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində apardığı yorulmaz fəaliyyətinin bariz nümunələrindən biri kimi ölkəmizin ən qocaman səhiyyə müəssisələrindən olan 85 yaşlı tibb ocağı - xalq arasında daha çox "Leç.Komissiya" kimi tanınan keçmiş IV Baş İdarənin birinci poliklinikasının yeni binası "Xüsusi Müalicə Sağlamlıq Kompleksi" adı ilə istifadəyə verilmişdir.
Yeni Badamdar şosesi, 31 ünvanında (Botanika bağının yaxınlığında), hasara alınmış bağlı-bağatlı böyuk bir ərazidə yerləşən 2 korpusdan ibarət və ən müasir tələblərə cavab verən sağlamlıq kompleksi 2 aydır ki, əvvəlki fəaliyyətini davam etdirməkdədir. Vaxtilə respublikamızın bütün regionlarının adlı-sanlı insanlarına tibbi xidmət göstərən Səhiyyə Nazirliyinin keçmiş birinci poliklinikasina, sözün həqiqi mənasında, yeni həyat verilmişdir.
İndi burada həm də dünya standartlarına cavab verən stasionar, Bakı şəhərinin və respublikanın istənilən bölgəsinə çağırışları yerinə yetirməyə qadir, ən müasir tələblər səviyyəsində ilkin tibbi yardım göstərə bilən təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi də fəaliyyət qöstərir.
Burada hər şey xəstənin mənafeyinə xidmət edir. Müəssisədə tabeçiliyində olduğu Xüsusi Tibb Xidmətinin dəstəyi ilə bir il əvvəl aparılmış attestasiyadan sonra bir nəfər də olsa, müasir tələblərdən geri qalan işçi olmamışdır. İndi müəssisədə yüksək peşəkar təcrübəyə malik həkim və tibb işçiləri ilə yanaşı, Rusiya, Türkiyə və Avropanın məşhur klinikalarında təhsil almış və ya təcrübə keçmiş gənc kadrlar yorulmaq bilmədən xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərirlər.
Kompleksdə həm də adlı-sanlı professorlar və digər yüksək səviyyəli tibb mütəxəssislərinin konsultasiyaları aparılır.
Müəssisənin birinci mərtəbəsində ən müasir avadanlıqla təchiz olunmuş diaqnostika bölməsi yerləşmişdir.
Kliniki laboratoriyada Almaniya, ABŞ və İsrailin istehsalı olan aparatlar vasitəsilə xəstəliklərin dəqiq diaqnozunu qoymağa imkan verən analizlər, hətta dünyanın çox az klinikalarında olan litiumun təyini analizləri aparılır.
Ənənəvi müayinə metodlarından sayılan rentgen müayinəsi burada Almaniyanın məşhur "SİEMENS" şirkətinin 2010-cu il istehsallı rəqəmsal aparatı ilə aparılır.
Müasir təbabətdə ən mükəmməl müayinə metodları hesab edilən kompyuter tomoqrafiyası və maqnit-rezonans müayinələri də kompleksdə bu tipli aparatların axırıncı nəslinə mənsub olan "SİEMENS" şirkətinin cihazları vasitəsilə xaricdə tam təkmilləşmə keçmiş yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Birinci mərtəbədə, həmçinin fizioterapiya şöbəsi də fəaliyyət göstərir.
İkinci mərtəbədə müxtəlif müalicə kabinetləri və pediatriya şöbəsi yerləşir. Şöbənin bütün interyeri - rəngli şəkillər, bəzəkli cihazlar, rəngarəng mebellər körpə balaları buraya daxil olarkən həyəcan və gərginlikdən azad edir, stressə düşməsinə imkan vermir.
Üçüncü mərtəbədə endoskopik müayinə və stomatoloji bölmələr, ultrasəs müayinəsi, elektrokardioqrafiya, nevroloji, kardioloji, infeksion, endokrinoloji və s. kabinetlər yerləşir.
Kompleksin dördüncü mərtəbəsindəki stasionar şöbənin bir və iki nəfərlik palataları dünya standartlarına cavab verir.
Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin "Mercedes" markalı təcili yardım avtomobilləri ən yüksək tələblərə cavab verən tibb avadanlığı, lazımi dərman və ləvazimatlar, xüsusi radio-telefon rabitəsi ilə təchiz olunmuşdur. Təcili yardım avtomobillərinin səriştəli ekipajları gün ərzində respublikanın istənilən bölgəsindən verilmiş çağırışları icra etməyə, yerində ilkin təcili yardım göstərməyə, xəstələri təyinatı üzrə müalicə müəssisələrinə çatdırmağa hazırdır.

{nl}

Araz RÜSTƏMOV, AzərTAc-ın müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında