Gənc təbiblər təltif edildilər

 

Sumqayıtda 17 iyun – Tibb İşçiləri Günü münasibətilə gənc həkimlərdən bir qrupu ilə görüş keçirilmişdir. Səhiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ələkbər Tağıyev tədbiri açaraq Milli Qurtuluş Gününün və tibb işçilərinin peşə bayramının tarixi əhəmiyyətindən danışmışdır.

Sonra Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Şurasının sədri Elmira Quliyevanın şəhər səhiyyəsi haqqında məruzəsi dinlənilmişdir.

Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov səhiyyə müəssisələrində çalışan gənclərin şəhərin ictimai-həyatında fəal iştirakından, səhiyyə şöbəsinin nəzdində üç il öncə yaradılan Gənc Təbiblər Şurasının fəaliyyətindən bəhs etmişdir. O, şəhərin ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc tibb işçisinə Baş idarənin fəxri fərmanlarını, hədiyyələrini və gül dəstələrini təqdim etmişdir.

Sonra qabaqcıl tibb işçilərinə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şəhər şurasının hədiyyələri və gül buketləri təqdim edilmişdir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında