Xüsusi Müalicə Sağlamlıq Kompleksində qeyd olunmuşdur Milli Qurtuluş Günü

Xüsusi Müalicə Sağlamlıq Kompleksində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən kompleksin direktoru İxtiyar Sultanov 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır. Vurğulamışdır ki, rəhbərlik etdiyi kollektiv ulu öndərin siyasi xəttini uğurla davam etdirən İlham Əliyevi növbəti illərdə də Azərbaycanın prezidentlik kürsüsündə görmək istəyir.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, ulu öndərin həkimlərə həmişə qayğı ilə yanaşdığını xatırlatmışdır. O, bildirmişdir ki, növbəti prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini təkcə partiya üzvləri deyil, vətəndaşlarımızın əksəriyyəti dəstəkləyir.

 Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür.

Vurğulanmışdır ki, ulu öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.

Tədbirdə XMSK-nın YAP sıralarına qəbul olunmuş 45 işçisinə üzlük vəsiqələri təqdim edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında