Almaniyalı professor Azərbaycan Tibb Universitetində olmuşdur

 

Almaniyanın Münhen Kardioloji Mərkəzinin baş həkimi, professor Albert Şöminq Azərbaycan Tibb Universitetində (ATU) olmuşdur.

ATU-nun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə universitetin fəaliyyəti, strukturu haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, hazırda ATU-nun tərkibində üç klinika fəaliyyət göstərir. Yaxın aylarda isə universitetin cərrahiyyə klinikası da açılacaqdır.

Universitetin rektoru, akademik Əhliman Əmiraslanov almaniyalı professora “ATU-nun fəxri qonağı” diplomunu və xatirə hədiyyəsi təqdim etmişdir.

Professor A.Şöminq dəvətə görə ATU-nun rəhbərliyinə  minnətdarlıq etmişdir. O, Bakıda ilk dəfə olduğunu, səfərindən çox məmnun qaldığını söyləmişdir. Almaniyalı  professor  Azərbaycanda səhiyyənin yüksək səviyyədə inkişaf etdiyini bildirmiş, tibb sahəsində peşəkar kadrların hazırlanmasında öz köməyini təklif etmişdir.

 Sonra qonaq universitetin klinikaları, tədris kafedraları ilə tanış olmuşdur.

Görüşün sonunda professor A.Şöminq ATU-nun müəllim və tələbələrinin suallarını cavablandırmış və onlarla xatirə şəkilləri çəkdirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında