Ürək damar xəstəlikləri insan ölümünə ən çox səbəb olan xəstəliklərdir

 

 

Ürək damar xəstəlikləri insan ölümünə ən çox səbəb olan xəstəliklərdir. AzərTAc xəbər verir ki, bu sözləri 3-cü “Bakı ürək günləri” Beynəlxalq konqresində Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev jurnalistlərə müsahibəsində demişdir.

K.Musayev bildirmişdir ki, bu konqres azərbaycanlı tibb işçilərinə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya elmləri sahəsində son nailiyyətləri müzakirə etmək və elmi-praktik təcrübə mübadiləsi aparmaq imkanı verəcəkdir.

Sədr diqqətə çatdırmışdır ki, bu konqresdə ilk dəfə ürək-damar cərrahiyyəsinin elmi-praktik məşğələsi keçiriləcəkdir.

K.Musayev heyvan ürəkləri üzərində təşkil ediləcək “Ürəyin cərrahi anatomiyası” mövzusunda elmi-praktik məşğələnin xüsusilə gənc mütəxəssislər üçün  çox faydalı olacağına əminliyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında