Səhiyyə naziri Astara şəhərində vətəndaşları qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, səhiyyə naziri Oqtay Şirəliyev mayın 3-də Astara Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak etmişlər.

Qəbul zamanı müraciətlərin bir çoxu yerindəcə həllini tapmış, digər məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra nazir Oqtay Şirəliyev Astara Rayon Mərkəzi Xəstəxanasının ikimərtəbəli poliklinika şöbəsində əsaslı təmir işlərinin gedişi ilə maraqlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında