Qəbələdə görkəmli alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur

 

 

Qəbələ Müalicə-Diaqnostika Mərkəzində görkəmli oftalmoloq alim, akademik, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın adını daşıyan parka gələrək görkəmli alimin büstü önünə tər çiçəklər düzmüşlər.

Tədbirdə Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Bəxtiyar Haqverdiyev çıxış edərək görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən ətraflı söz açmışdır.

Bildirilmişdir ki, görkəmli alimin tədqiqat işləri nəinki respublikamızda, həmçinin ümumittifaq və dünya oftalmoloqları arasında böyük nüfuz qazanmışdır. Oftalmologiyanın müxtəlif problemlərinə həsr olunan 140-dan çox elmi əsərin, o cümlədən 14 monoqrafiya, dərslik və dərs vəsaitinin,

1 ixtiranın, 12 səmərəli təklifin müəllifi olan görkəmli alimin əsərləri bu gün də göz həkimləri üçün dəyərli mənbədir.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, akademik Zərifə xanım Əliyeva gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri və çıxışları, məhz bu məsələyə həsr olunmuş “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir.

Tədbir iştirakçıları qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın həyatından, zəngin elmi və yaradıcılıq fəaliyyətindən söhbət açmışlar.

 Daha sonra tibb işçiləri görkəmli alimin 90 illik yubileyi münasibətilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin həyətində iməcilik işləri apararaq əraziyə xeyli ağac əkmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında