Xəzər rayonunun ən iri səhiyyə ocağı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olmuşdur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan seçilmiş deputatı Mehriban Əliyeva aprelin 10-da Mərdəkan qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olmuşdur.

Mehriban xanım Əliyevaya  məlumat verilmişdir ki, xəstəxana  1983-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Həmin gündən ötən dövr ərzində xəstəxana və onun nəzdindəki uşaqlar və böyüklər üçün poliklinikaların əsaslı təmirə ehtiyacı yaranmışdı. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində bu səhiyyə ocağında da 2011-ci ilin iyul ayından əsaslı təmir işlərinə başlanılmışdır.

Qeyd olunmuşdur ki, xəstəxana Xəzər rayonu ərazisindəki ən iri səhiyyə ocağıdır və ümumi ərazisi 4 hektardır. Beşmərtəbəli bina 140 çarpayılıqdır və burada əhaliyə 614 nəfərlik tibbi heyət xidmət göstərəcəkdir.

Xəstəxanada uşaq, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbələri, qadın məsləhətxanası fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsi Almaniya istehsalı olan ən keyfiyyətli avadanlıq ilə təchiz olunmuşdur.

Əsaslı təmirdən sonra yüksək səviyyədə qurulan poliklinikalarda 27 min uşağa və 45 min böyüyə keyfiyyətli tibbi xidmət göstəriləcəkdir. Bu poliklinikaların xidmətindən Mərdəkan ilə yanaşı, Şüvəlan, Şağan və Qala qəsəbələrinin əhalisi də istifadə edəcəkdir. Həmçinin diqqətə çatdırılmışdır ki, məhz bu xəstəxana Xəzər rayonunda fəaliyyət göstərən tibb müəssisələrini yemək və dərman preparatları ilə təmin edir.

Azərbaycanın birinci xanımı xəstəxananın kollektivi ilə görüşmüş, səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin də təbriklərini onlara çatdırmışdır. Əsaslı təmirdən sonra xəstəxanada həm əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, həm də həkimlərin fəaliyyəti üçün gözəl şərait yaradıldığını qeyd edən Mehriban xanım Əliyeva Bakıətrafı qəsəbələrdə geniş abadlıq-quruculuq işlərinin məmnunluq doğurduğunu demişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında