Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada işləyən gənc azərbaycanlı həkimlərin forumu keçiriləcəkdir

 

 

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada çalışan gənc azərbaycanlı həkimlərin birinci forumu keçiriləcəkdir.

Bu barədə AzərTAc-ın xüsusi müxbirinə Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev bildirmişdir.

E.Hacıyev demişdir ki, RAGB, Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə aprelin 26-27-də keçiriləcək forumda Moskva, Sankt-Peterburq və Kazandan 100-dən çox gənc azərbaycanlı həkim iştirak edəcəkdir. 

Forumda iştirak etmək istəyənlər [email protected] elektron ünvanına və RAGB-nin rəsmi internet saytındakı xüsusi bölməyə (https://docs.google.com/file/d/0Bx6PmIDP78y1NTczRmVwd0tNdlU/edit?pli=1 ) müraciət edə bilərlər.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında