Səhiyyə Nazirliyində kollegiyası iclası

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda Səhiyyə Nazirliyinin hamilə və zahılara ixtisaslaşdırılmış yardımın təkmilləşdirilməsi məsələlərinə həsr edilmiş kollegiyası keçirilmişdir.
İclasın məqsədi son rüb ərzində doğuşa yardım işinin təşkili məsələlərini, bu sahədə görülmüş işlər, habelə olan nöqsanları üzə çıxarmaq və aradan qaldırmaq üçün görüləcək tədbirləri müzakirə etmək olmuşdur.
Nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Soltan Əliyev bildirmişdir ki, son illər keçirilən tədbirlər nəticəsində doğuşa yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı ilə təchizatı nəticəsində ölkədə doğuşa yardım işinin təşkili yaxşılaşdırılsa da, bəzi nöqsanlar hələ ki var.
İstər hamiləlikdən qabaq, istər hamiləlik vaxtı, yaxud da doğuş zamanı rast gəlinən bir çox problemlər və gələcəkdə xoşagəlməz halların təkrarlanmaması üçün görülən işlər haqqında kollegiya iştirakçılarına məlumat verilmişdir.
İclasın sonunda səhiyyə naziri Oqtay Şirəliyev doğuşa yardım işinin yüksək səviyyədə təşkili, tibb müəssisələrində sanitar gigiyenik qaydalara ciddi riayət olunması və bir sıra bu kimi məsələlərə dair öz tapşırıqlarını vermişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında