Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyası keçirilmişdir

 

 

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 21-29 yanvar 2013-cü il tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak etmişdir.

Səhiyyə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası keçirilmişdir. Tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 132-ci sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə olunmuşdur.

Sessiyanın gündəliyinə ÜST baş direktoru dr. M. Çanın hesabatı, Regional Komitələrin hesabatları, İcraiyyə Komitəsinin Büdcə, Proqram və İnzibati Komissiyasının hesabatı, Amerika Regional Bürosu direktorunun təqdimatı, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, saxta dərmanların qeyri-qanuni istehsalı haqqında işçi qrupun hesabatı və s. məsələlər daxil edilmişdir.

Ənənəvi olaraq açılış nitqi ilə çıxış edən ÜST baş direktoru dr. Marqaret Çan Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyasının qətnamələrinin həyata keçirilməsi, qlobal səhiyyə məsələləri, baş direktor vəzifəsinə seçkilərdə yeni qaydaların tətbiqi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin mövqeyini və tövsiyələrini bildirmişdir.

Tədbir çərçivəsində ÜST baş direktoru, Avropa Bürosunun Regional direktoru, habelə komitəyə üzv ölkələrdən Litva, Norveç, Çin və Özbəkistanın səhiyyə rəsmiləri ilə görüşlər keçirilmiş və Avropa Regional Bürosu rəhbərliyi ilə ikiillik Anlaşma Memorandumu imzalanmışdır.

ÜST İcraiyyə Komitəsinin 132 sessiyasında Azərbaycan tərəfi səhiyyə sistemlərinin inkişafında maliyyə vəsaitlərinin bölüşdürülməsi, minilliyin inkişaf məqsədləri, 2015-ci ildən sonrakı layihə və proqramlarla bağlı çıxış etmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında