Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülmüşdür

 

Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla həyata keçirilmişdir.

 APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev və xəstəxana əməkdaşlarının iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilmişdir. K. Musayev bildirmişdir ki, süni ürək cihazının taxılması əməliyyatları son illər dünyada icra olunur. Onun sözlərinə görə, bu, ürək problemlərinin qarşısını almaq istiqamətində ən effektiv müalicə üsullarından biridir: “Ürək cərrahiyyəsində ”süni ürək köçürülməsi" əməliyyatı kifayət qədər kompleks bir əməliyyatdır. Yüksək ixtisaslı kadrlar və müasir texnologiyanın son nailiyyəti olan cihazlar tələb edildiyi üçün təəssüf ki, belə əməliyyat bütün mərkəzlərdə həyata keçirilmir. Bu gün artıq respublikamızda süni ürək cihazının köçürülməsi reallığa çevrilmişdir. Belə əməliyyatların ölkəmizin kadrları tərəfindən aparılması ölkə səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsinin göstəricisidir".

K. Musayev demişdir ki, əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı xəstənin üzərində aparılmışdır: “Yatağa bağlı və güclü dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. ”Dilatasiob kardiomiopatiya" adlı xəstəlikdən uzun müddət əziyyət çəkən İ.M ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilmiş,xəstəyə uzunmüddətli süni ürək cihazının taxılması məsləhət görülmüşdür".

Musayev bildirib ki, xəstəyə ABŞ istehsalı olan “HeartMate 2" süni ürək cihazı implantasiya edilib. Bu cihazdan xəstənin uzunmüddətli istifadəsi nəzərdə tutulub. Onun sözlərinə görə, xəstənin əməliyyatdan sonrakı durumu normaldır. Hazırda süni ürək cihazı normal funksiya göstərir və bunun nəticəsində xəstənin əməliyyatdan əvvəlki pozulmuş hemodinamik və funksional göstəriciləri də tamamilə bərpa olunub. Xəstənin yaxın zamanlarda evə yazılması nəzərdə tutulub.

 Xəstə İbrahim Mansurov isə jurnalistlərə açıqlamasında əməliyyatdan sonra özünü yaxşı hissi etdiyini və ağrılarının azaldığını bildirib. Xəstə  əvvəllər ürək ağrılarından çox əziyyət çəkdiyini, nəfəs almasında ciddi problemləri olduğunu deyib. Əslən Balakən rayonundan xəstə əməliyyatdan sonra bütün narahatlıqlarının geridə qaldığını qeyd edib. İ.Mansurov əməliyyatı həyata keçirən şəxslərə minnətdarlığını bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında