Naxçıvanın səhiyyə işçilərinə yeni hədiyyə

 

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Yeni tikilən xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri əhalinin sağlamlığının qorunmasına böyük töhfə verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Səhiyyə Nazirliyinin yeni binasının istifadəyə verilməsi və nazirliyin yaradılmasının ildönümü münasibətilə kollektivi və muxtar respublikanın səhiyyə işçilərini təbrik etmişdir.

Vasif Talıbov demişdir: “Muxtar respublika əhalisinin sayı ilbəil artır. Yola saldığımız 2012-ci ildə əhalinin sayı 2011-ci illə müqayisədə 9 min nəfərə yaxın artmışdır.  Bu gün muxtar respublikanın səhiyyə sistemində müasir binaların istifadəyə verilməsi, infrastrukturun yeniləşməsi ilə yanaşı, yeni səhiyyə müəssisələri də yaradılır, onların maddi-texniki bazası gücləndirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində 240-a yaxın səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bu səhiyyə müəssisələrinin ştatında 762 həkim, 4 minə yaxın kiçik və orta tibb işçisi mövcuddur. Muxtar respublikanın səhiyyə müəssisələrini həkim, orta və kiçik tibb işçiləri ilə təmin etmək, kadr potensialını gücləndirmək də diqqət mərkəzində saxlanılır.

Ali Məclisin sədri Səhiyyə Nazirliyinin kollektivinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirmiş, binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada müasir iş otaqları, kompyuterlərlə təchiz edilmiş mühasibatlıq, arxiv, təlim, treninq və müayinə otaqları vardır. İş otaqlarında yüksək şərait yaradılmış, əməkdaşların istifadəsinə müasir mebel avadanlıqları və kompyuterlər verilmişdir. Yenidənqurma işləri aparılarkən binaya daha bir mərtəbə də əlavə olunmuşdur.

Ali Məclisin sədri hazırda fəaliyyət göstərən elektron xidmətlərlə tanış olmuş, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Səhiyyə Nazirliyinə elektron səhiyyə xidmətlərinin tam şəkildə təşkilini bu ilin mart ayında başa çatdırmağı tapşırmışdır.

Binanın həyətində geniş abadlıq işləri aparılmış, işıqlandırma sistemləri qurulmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında