Naxçıvan Hərbi Hospitalına və dispanserlərə bayram sovqatı aparılmışdır

21 il öncə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda elan edilmiş milli-mənəvi birliyə çağırış - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini vətən hərarəti ilə isidir, müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır, milli təəssübkeşlik duyğularının gündən-günə güclənməsinə təkan verir.

21 il öncə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda elan edilmiş milli-mənəvi birliyə çağırış - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini vətən hərarəti ilə isidir, müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır, milli təəssübkeşlik duyğularının gündən-günə güclənməsinə təkan verir.

Muxtar respublikada bu bayramın əsgərlərimizlə birlikdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hər il bayram günlərində idarə, müəssisə və təşkilatların kollektivlərinin, ictimaiyyətin nümayəndələrinin vətənimizin sadiq keşişçiləri ilə səmimi görüşləri onların mübarizlik əzmini daha da artırır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 31-də Naxçıvan Hərbi Hospitalına gəlmiş, burada müalicə olunan əsgər və zabitləri, eləcə də tibbi heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.

Ali Məclisin sədri hərbi qulluqçuların səhhəti, onların müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, hərbi hissələrdə əsgərlərin məişət şəraitinin yaxşılaşdırılması, qidalanmaya ciddi diqqət yetirilməsi, onların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, yolxucu xəstəliklərin qarşısının vaxtında alınması xəstələrin sayının azalmasına səbəb olmuşdur.

Ali Məclisin sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik etmiş, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulamışdır.

Hospitalda müalicə alan əsgər, zabit və gizirlərə, eləcə də tibb heyətinə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.

* * *

Bayram günlərində muxtar respublikada xüsusi diqqətə, qayğıya və şəfqətə ehtiyacı olan insanlar da unudulmamışdır. Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinə gəlmiş, burada müalicə olunan xəstələrin müalicəsi ilə maraqlanmış, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.

Qeyd olunmuşdur ki, dispanserlərdə təcrübəli həkimlər və tibb işçiləri xəstələrin müalicəsi ilə məşğul olur, onların sağlamlıqlarının keşiyində dururlar. Səhiyyə ocaqları üçün ayrılmış korpuslarda hər cür şərait yaradılmış, lazımi dərman preparatları və tibbi avadanlıqlar qoyulmuşdur.

Ali Məclisin sədri xəstələrin dərman və qida təminatı ilə maraqlanmış, psixi və ağciyər xəstələrinin müayinə və müalicəsinə ciddi diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.

Gətirilmiş hədiyyələr xəstələrə və burada çalışan tibb işçilərinə paylanmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında