Leykemiya ilə mübarizə: "Mən möcüzəyə inanıram"

"Leykemiya ilə mübarizə" İctimai Birliyi və Yardim.az saytının əməkdaşları birlikdə leykozdan (qan xərçəngi) əziyyət çəkən uşaqlara dərman preparatlarının alınması, şüa müalicəsi proseduruna yardım məqsədi ilə, eləcə də cəmiyyətin diqqətini bu problemə cəlb etmək üçün iyunun 27-də "Mən möcüzəyə inanıram" adlı toplantı keçirdi.
"Da Vinçi" klubunda təşkil olunan bu tədbirdə öncə iştirakçılara xəstəlik haqqında məlumat verildi və iyunun 22-də bu ağır xəstəlikdən rəhmətə gedən Pərviz Allahverdiyev (14 yaş) haqqında qısa film nümayiş etdirildi. Pərvizin xatirəsi sükütla və tamaşaçıların göz yaşları ilə yad edildi. Filmin nümayişindən sonra bu son ayda 5 nəfər uşağın da məhz bu xəstəlikdən vəfat etdiyi bildirildi. Qeyd etmək yerinə düşər ki, "Leykemiya ilə mübarizə" İctimai Birliyi ötən ildən fəaliyyət göstərir. Birliyin 2009-cu ilin mayında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən "Leykemiyalı uşaqlara yardım veb saytının yaradılması" adlı layihəsi maliyyələşdirilmişdir. Layihə çərçivəsində xəstəlik haqqında bukletlər , 2 poster çap edilmişdir. İTV-də "İşgüzar Zaman" verilişində bu problem haqqında 1 saatlıq müzakirələr keçirilmişdir. Verilişdə Qan bankının direktoru, respublikanın baş hematoloqu, uşaq xəstəxanasının həkimləri də iştirak etmişlər.
"Leykemiya ilə mübarizə" İctimai Birliyinin icraçı direktoru Mehriban Bağırova bildirdi ki, ilk dəfə olaraq bizim təşkilat xəstələrin dəqiq məlumat bankını yaradıb və orada davamlı olaraq məlumatlar yeniləşir. Kəskin limfoblast leykozdan əziyyət çəkən uşaqların əksəriyyəti azyaşlılardır. Kəskin mieloblast leykozlu xəstə uşaqlara sümük iliyinin köçürülməsi vacibdir. Acınacaqlı haldır ki, vaxtında əməliyyat edilməyən uşaqlar tələf olurlar. Sümük iliyinin köçürülməsi xaricdə 150-200 min avroya həyata keçirilir. Bizim bankımızda 140-a yaxın uşaq qeydə alınıb . Ölən və bu xəstəliyə tutulan uşaqlar haqqında məlumat təəssüf ki tez-tez dəyişilir. Bizdə qeydiyyatda olmayan, xarici ölkələrdə (məs. İran, Belarusiya və s.) müalicə alan, və yaxud imkansızlıq ucbatından həkimə müraciət etməyib həyatlarını erkən itirən uşaqların sayı haqqında məlumat verə bilmirik. Amma qəti surətdə və böyük əminliklə demək olar ki, inkişaf etmiş ölkələrdə bu xəstəliyə tutulan uşaqların 95 faizi tam sağalır.
İştirak edənlərin əksəriyyəti gənclər olan bu toplantıda gecənin sonunda bildirildi ki, tədbirdə 150-dən çox biletin satışı nəzərdə tutulsa da yay fəslinin olması, tədbirin istirahət gününə düşməsinin təsiri idi ki, cəmi 58 bilet satılmışdır. Satışdan ümumilikdə 1574 manat vəsaitin toplanması haqqında da məlumat verildi. Bütün yığılan vəsaitin leykozdan əziyyət çəkən uşaqların müalicəsinə xərcləniləcəyi elan edildi. Bu haqda maraqlananlar Leykoz.az və Yardim.az saytlarından dəqiq məlumat əldə edə biləcəklər.

{nl}

Zərifə BƏŞİRQIZI,"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında