Avropa Komissiyasının Azərbaycanın Avropa qonşuluq siyasətinin həyata keçirilməsinə dair tərəqqi hesabatında Azərbaycanda səhiyyə sahəsində olan inkişaf öz əksini tapmışdır

Avropa Komissiyasının Azərbaycanın Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinə dair Tərəqqi Hesabatında səhiyyə sahəsində olan irəliləyişlər də göstərilmişdir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Avropa Komissiyasının Avropa Parlamenti və Şurasına müraciətini müşayiət edən sənədin səhiyyəyə aid bölməsində Azərbaycanda səhiyyə sektorunun təşkilati strukturunun təkmilləşdirilməsi, keyfiyyətinin artırılması və səmərəliliyini yüksəltməyə yönəlmiş islahatların davam etdiyi, əhalinin həssas qruplarına və regionlarda tibbi xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi bildirilir.
Eyni zamanda, vurğulanır ki, 2008-2012-ci illəri əhatə edən müddət üçün ölkədə " Səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiqi konsepsiyasının" icrası davam etməkdədir. Əvvəlki illə müqayisədə Azərbaycanda səhiyyə sektoruna çəkilən xərclər əhəmiyyətli dərəcədə artmışdır.
İnfeksion xəstəliklərə qarşı mübarizəyə hazırlıq planının və geniş masştablı immunizasiya proqramı yoluxucu xəstəliklərə, xüsusilə A(H1N1) qripinə qarşı mübarizə üzrə bir sıra tədbirlər görülmüşdür. Azərbaycanda HİV/AİDS və vərəm kimi yoluxucu xəstəliklərin törətdiyi təhlükələrin və nəticələrin aradan qaldırılmasına dair mübarizə tədbirləri davam edir.
2009-cu ildə Avropa İttifaqı tərəfindən Səhiyyə İnformasiya Komitəsi yaradılmışdır. Avropa Komissiyası Azərbaycanı yeni yaradılmış bu komitənin işində iştirak etməyə dəvət etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında