Uşaqlar arasında "BacarArt" layihəsinin yekun mərhələsi çərçivəsində hərrac-sərgi təşkil olunmuşdur

Noyabrın 20-da "Kempinski Badamdar" otelinin sərgi zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə uşaqlar arasında "BacarArt" layihəsinin yekunlarına həsr edilmiş hərrac-sərgi təşkil olunmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, noyabrın 20-si Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Günüdür. Bu il müvafiq konvensiyanın ölkəmiz tərəfindən ratifikasiya olunmasının 20 illiyidir. BMT-nin Uşaq Hüquqları Konvensiyası Azərbaycanın yenicə müstəqillik əldə etdiyi vaxtda qoşulduğu ən birinci beynəlxalq sənəddir. Konvensiyaya qoşulduğumuz ötən müddət ərzində bu istiqamətdə uşaqlarla bağlı kifayət qədər dövlət proqramları hazırlanaraq icraya yönəldilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir insanlar kimi yetişməsi üçün əllərindən gələni edirlər.
Bildirilmişdir ki, noyabrın 6-dan etibarən başlayan layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı uşaqların üzə çıxarılmasıdır.
Vurğulanmışdır ki, "BacarArt" layihəsi çərçivəsində "Yarat" Müasir İncəsənət Məkanının gənc rəssamları Sənan Ələsgərov, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Faiq Əhməd, Cəmilə Səttarova, Rəşad Ələkbərov, Orxan Hüseynov tərəfindən uşaqlara ustad dərsləri keçirilmişdir.
Layihədə AQUPDK-nın nəzdində fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzlərinin yerləşdiyi 8 rayondan (Göygöl, Goranboy, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Xəzər) 24 uşaq iştirak etmişdir.
Hicran Hüseynova komitənin gələcəkdə də bu tipli layihələri davam etdirməklə, "YARAT!" Müasir İncəsənət Məkanı ilə daha uzunmüddətli və geniş əhatəli layihələrin planlaşdırdığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. O, uşaqları təbrik edərək hamını hərrac-sərgidə fəal olmağa çağırmışdır.
Hərrac-sərgidə 53 iş nümayiş olunmuşdur. Hərrac-sərgidən əldə edilən gəlirin istedadlı uşaqların bu sahədə yaradıcılıqlarının inkişafına sərf edilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə əl işləri fərqlənən uşaqlara hədiyyələr təqdim edilmişdir.
Sonda uşaqlarla xatirə şəkli çəkdirilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında