Azərbaycan travmatoloqları Bakıda türkiyəli həmkarları ilə ortopediyanın aktual problemlərini müzakirə etmişlər

Noyabrın 15-də Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) və Türkiyə Respublikası Ege Universiteti tibb fakültəsinin ortopediya və travmatologiya kafedrasının birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans öz işinə başlamışdır.
Tədbirdə ETTOİ-nin direktoru, Səhiyyə Nazirliyinin baş travmatoloqu Vaqif Verdiyev Azərbaycan-Türkiyə əlaqələrindən danışmışdır. Bildirmişdir ki, Türkiyənin müxtəlif universitetlərində uzmanlıq dərəcəsinə yüksələn Azərbaycanın 15-dən artıq həkim-travmatoloqu hazırda ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələrində uğurla çalışır.
V.Verdiyev Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Türkiyənin tanınmış təhsil və müalicə mərkəzlərindən biri olan Ege Universiteti ilə 2009-cu ildən etibarən təcrübə mübadiləsində, yeni texnologiyaların tətbiqində, birgə elmi məqalələrin dərci və toplantıların keçirilməsində əməkdaşlıq etdiyini bildirmişdir.
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə iki il əvvəl Azərbaycanda dünya standartlarına uyğun olaraq rezidentura təhsilinə başlanıldığını bildirən baş travmatoloq bu sahədə Ege Universitetinin 50 ildən artıq zəngin təcrübəsi olduğunu demişdir. Qeyd etmişdir ki, Türkiyə Ortopediya və Travmatologiya Təhsil Konsiliumun rəhbəri olmuş professor Semih Aydoğdu rezidenturada təhsillə bağlı azərbaycanlı həmkarları ilə öz biliklərini bölüşəcəkdir.
Konfransın keçirilməsinin həm təcrübə, həm də Azərbaycanda yeni formalaşan rezidentura təhsili sisteminin inkişafı baxımından böyük rol oynayacağı vurğulanmışdır.
Türkiyə Respublikası Ege Universiteti tibb fakültəsinin ortopediya və travmatologiya kafedrasının müdiri Erhan Coşkunol konfrans iştirakçılarına yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş, təmsil etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətlərindən söhbət açmışdır.
Türkiyənin tanınmış travmatoloqu Güven Yücetürk "Onkoloji ortopediyanın Türkiyədə yaranması və inkişafı" mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə, həmçinin Azərbaycan və Türkiyənin tibb universitetləri arasında əlaqələrdən bəhs edən videoslayd göstərilmişdir.
Sonra hər iki tərəfin mütəxəssislərinin ortopediyanın aktual problemlərinə dair məruzələri dinlənilmiş və müzakirələr aparılmışdır.
Konfrans noyabrın 16-da işini davam etdirəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında