Azərbaycan Diplomatik Akademiyası "Avropa İttifaqının araşdırmaları üzrə Jean Monnet proqramı"nın tətbiqinə başlamışdır

Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa İttifaqının (Aİ) qrantı əsasında Azərbaycan hökumət sektorunun nümayəndələri üçün "Aİ araşdırmaları üzrə Jean Monnet proqramı"nın tətbiqinə başlamışdır. 
Aİ və onun təsisatları barədə biliklərin artırılmasını nəzərdə tutan bu proqram dörd mərhələdən ibarətdir.
ADA-dan AzərTAc-a bildirmişlər ki, proqrama əsasən, iştirakçılara "Avropa inteqrasiyasının tarixi", "Aİ-nin siyasətini formalaşdıran təsisatları", "Avropa inteqrasiyasının iqtisadiyyatı" və "Aİ-nin qanunları" mövzularında təlimlər keçirilir.
Azərbaycanın Xarici İşlər, Ədliyyə, Nəqliyyat, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eləcə də Milli Məclis, Mərkəzi Bank, Prezident Administrasiyası və İnsan Hüquqları üzrə Ombudsman Aparatının nümayəndələri proqramın birinci mərhələsi üzrə təlimdə iştirak etmişlər.
Proqramın növbəti mərhələsi oktyabrın 29-dan 31-dək keçiriləcəkdir.
Bu ilin sonuna qədər hökumət, biznes və qeyri-hökumət nümayəndələri üçün daha bir neçə təlimin keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda "Layihələrin idarəedilməsi", "İdarəetmə və liderlik bacarığının inkişafı", "Strategiyanın işlənilməsi və tətbiqi" kimi korporativ təlim proqramlarına sənəd qəbulu davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında