Nobel mükafatı laureatı Ada Yonat Azərbaycan Tibb Universitetində mühazirə oxumuşdur

İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Yonat oktyabrın 6-da Azərbaycan Tibb Universitetində (ATU) olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə tanışlıq məqsədi ilə dünya şöhrətli alimə ATU-nun nəzdində Prezident İlham Əliyevin sərəncamı əsasında inşa olunmuş Tədris-Terapevtik Klinika haqqında məlumat verilmişdir.
Qonağın diqqətinə çatdırılmışdır ki, Azərbaycanda yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında müstəsna rolu olan bu qocaman elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi xalqımızın əbədi lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd edilmişdir ki, tibb təhsilinə həmişə diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev iki dəfə ATU-da olmuş, proqram xarakterli çıxışlar etmiş və müəllimlərin əməyinə yüksək qiymət vermişdir.
Bildirilmişdir ki, bundan əlavə, universitetin nəzdində onkoloji klinika fəaliyyət göstərir, cərrahiyyə klinikasının tikintisi isə başa çatmaq üzrədir.
Sonra klinikanın konfrans zalında Ada Yonatın universitetin müəllim-tələbə heyəti ilə görüşü olmuşdur.
Görüşdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov israilli qonağın həyat yolundan, elmdə əldə etdiyi nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, 2009-cu ildə molekulyar biologiya sahəsində sanballı tədqiqatlarına görə Nobel mükafatı alan Ada Yonat UNESCO-nun "Elmdə qadın" nominasiyasında "LOREAL" mükafatına da layiq görülmüşdür.
Tədbirdə rektor Ə.Əmiraslanov Nobel mükafatı laureatı Ada Yonata universitetin "Fəxri qonaq" diplomunu və "Qızıl yubiley" medalını təqdim etmişdir.
Sonra Ada Yonat antibiotiklər mövzusunda mühazirə oxumuş, universitetin müəllim və tələbələrinin suallarını cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında