Bakıda Dünya Ürək Günü ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunacaqdır

Hər il sentyabrın sonuncu həftəsində Dünya Ürək Günü 100-dən çox ölkədə müxtəlif aksiyalarla qeyd olunur. Bununla əlaqədar Bakıda da silsilə tədbirlər təşkil olunacaqdır. Sentyabrın 29-da isə ABŞ-ın nüfuzlu səhiyyə ocaqlarından biri olan Mayo Klinika ilə Mərkəzi Klinik Xəstəxananın birgə toplantısı keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında söyləmişdir.
Baş həkim demişdir ki, artıq Mayo Klinika ilə apardığımız danışıqlar öz müsbət nəticəsini vermişdir. Sevindirici haldır ki, dünyanın bu məşhur klinikası bir ay müddətində Azərbaycanda səhiyyənin vəziyyətini öyrəndikdən sonra buna razılıq vermişdir. Toplantıda Mayo Klinikasının professorları, ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ən son yenilikləri müzakirə edəcəklər. Bu toplantı hər iki klinika arasında əməkdaşlığın genişlənməsinə, eyni zamanda, yerli mütəxəssislərimizin beynəlxalq təcrübədən yararlanmalarına daha da təkan verəcəkdir.
K.Musayev bildirmişdir ki, hər il dünyada 17-18 milyon insan ürək-damar çatışmazlığından həyatını itirir. Ona görə də Dünya Ürək Federasiyası tərəfindən müxtəlif ölkələrdə 200-dən artıq tibb cəmiyyətləri və təşkilatlarında insan ölümünün ən başlıca səbəbi olan bu xəstəliyin qarşısının alınması üçün ictimai müzakirələr təşkil edilir.
Bu əlamətdar gün münasibətilə ölkəmizdə keçiriləcək tədbirlərdən danışan K.Müsayev bildirmişdir ki, birinci növbədə əhali arasında tibbi maarifləndirmə işləri aparılacaqdır. Dünya Ürək Federasiyasının bukletləri Azərbaycan dilini tərcümə olunaraq vətəndaşlara paylanılacaqdır. Bundan əlavə, sentyabrın 27-28-də böyük ticarət mərkəzlərində paytaxt sakinləri əməkdaşlarımız tərəfindən müayinə olunacaq və onlara məsləhətlər veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında