Onkologiya sahəsində dəyərli tədqiqat

Elmə məlumdur ki, bədxassəli sümük şişlərinin müalicəsi onkologiya, patomorfologiya, radiobiologiya elminin nailiyyətləri ilə yanaşı, ayrıca bu elm sahələrinin hər birinin inkişafı və inteqrasiyası ilə bağlıdır.Onkoloqun nailiyyəti onun hər bir metodu və bu metodun yeniliklərini bilməsindən asılıdır. Bununla yanaşı, biologiyanın, tibbin, kimyanın və digər elmlərin inkişafı onkologiya sahəsində çalışan hər bir mütəxəssisin geniş və daima yeniləşən biliyə malik olmasını tələb edir. Bu baxımdan tibbin çox mürəkkəb problemi olan onkoloji xəstələrdə iri sümük və oynaqların endoprotezləşməsi kimi mühüm bir problemə kliniki və nəzəri cəhətdən yanaşılmalıdır.
Hal-hazırda endoprotezləşmə sümüyün bədxassəli sişləri zamanı orqanqoruyucu əməliyyat hesab edilir. Praktikada son illərdə istifadə olunan modul endoprotezləri onkologiyada endoprotezləşmənin daha da inkişaf etməsinə səbəb olub. Beləki bu endoprotezlərin tətbiqi sümük defektlərinin rekonstruksiyası ilə yanaşı, əməliyyatın tez bir zamanda aparılmasına imkan verir və vaxt itkisinin qarşısı alınır, individual protezlərin hazırlanmasına ehtiyac olmur. Modul endoprotezlər əməliyyat zamanı yığıla bilir və burada əməliyyatdaxili dəyişiklər etmək mümkündür.
Onkoloji xəstələrdə yeni endoprotezləşmə üsullarının tətbiqi sümük onkologiyasının tibbin və biologiyanın müasir sahələri ilə inteqrasiyasına və inkişafına zəmin yaradır. Bu isə öz növbəsində onkoloji ortopediyada yeniliklərin yaranmasına və bu sahədə çalışan cərrahların onkoloji xəstələrin diaqnostika, əməliyyat metodunun seçilməsi və proqnozunun verilməsində olan rolunu daha da yüksəltmiş olur. Bütün bunları nəzərə alaraq dünya şöhrətli alimlərin təqdim etdiyi monoqrafiya bu baxımdan çox dəyərli olmaqla müasir tibbi nailiyyətlərə istinad edir.Bu monoqrafiya onkoortopediyada yeni istiqamət olmaqla yanaşı, müasir ədəbiyyat araşdırmalarına istinad etdiyi üçün də təqdirəlayiqdir. Başqa sözlə, monoqrafiyanın aktuallığı şübhəsizdir. Monoqrafiyanın məqsəd və vəzifələri bir tərəfdən onun lakonikliyini, digər tərəfdən isə qarşıya qoyulan məsələləri dolğun və samballı əhatə etdiyini göstərir. Aparılan tədqiqatlarda onkoloji xəstələrə yeni yanaşma təqdim olunur. Müəlliflər hesab edirlər ki, iri sümük və oynaqların endoprotezləşməsi bədxassəli sümük şişlərinin cərrahi müalicəsində daha düzgün seçilmiş orqanqoruyan əməliyyat hesab edilir və onkoortopedik klinikalarda onların tətbiqi məqsədəuyğundur. Müəlliflərin fikrincə, çiyin qurşağı sümüklərinin bədxassəli şişləri zamanı orqanqoruyucu əməliyyat kimi bazu sümüyünün endoprotezləşməsi, diz oynağını əmələ gətirən sümüklərin bədxassəli şişlərinin cərrahi müalicəsində isə prioritet üsul diz oynağının endoprotezləşməsi hesab edilir.İlk dəfə olaraq qeyd edilir ki, qamış sümüyü proksimal ucunun bəd xassəli şişlərində endoprotezləşmə zamanı ağırlaşmaların azalmasının əsas şərtlərindən biri diz oynağının endoprotezləşməsində incik sümüyünün rezeksiyası və nəli əzələsinin orta başının plastikasıdır.
Onkologiyanın gələcək inkişafı erkən və dəqiq diaqnostika ilə yanaşı, şişin xarakteri, quruluşu, histologiyası və şiş toxumasının kataplaziyasından asılıdır. Başqa sözlə, şiş xəstəliyinin diaqnostikası, müalicəsi və proqnozlaşdırılması məntiqidir, çünki o, praktik və teoretik cəhətdən aktual olduğu kimi, normal və şiş toxumasında gedən fundamental bioloji proseslərdən asılıdır. Beləliklə, "Onkoloji xəstələrdə iri sümük və oynaqların endoprotezləşməsi" monoqrafiyasında alınmış və şərh edilmiş nəticələr, sözsüz ki, praktiki əhəmiyyət kəsb edir.Alınmış nəticələr onkoortopediyada, morfologiyada, onkologiya, travmatologiya və cərrahiyədə geniş tətbiq olunmaqdadır.Monoqrafiyada nəzərə çatdırılan praktik tövsiyələr sümük və sümüklüyü şişlərinin diaqnostika və müalicəsində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, müalicənin nəticələrinin proqnozlaşdırılmasında da gərəklidir.Qeyd etmək istərdim ki, monoqrafiyada alınmış nəticələrin praktiki tətbiqi onu onkoortopediyada çalışan həkimlər üçün daha əvəzolunmaz edir. Digər tərəfdən, monoqrafiyadan tədris müəssisələrində onkologiya, travmatologiya və cərrahiyənin tədrisində əlavə məlumat mənbəyi kimi istifadə edilə bilər.
Tədqiqatda istifadə olunmuş materialın həcmi və geniş spektirli olması monoqrafiyanın məqsəd və məramına tam cavab verir. Müəlliflər 625 xəstə üzərində müşahidə aparmışlar.Elmi tədqiqat zamanı alınmış nəticələrin dəqiqliyi və etibarlılığı sümüyün bədxassəli sislərində iri sümük və oynaqların endoprotezləşməsi metodikasına yeni yanaşma kimi qiymətlidir.
Monoqrafiya yüksək peşəkarlıqla yazılmış, asan oxunur və illisturasiyalarla geniş əhatə olunmuşdur. Kitabın giriş hissəsində problemə dərin elmi yanaşma hiss olunur, onun həllinə aid son ədəbiyyat araşdırmaları verilir, normal və patoloji sümük toxumasında gedən proseslərə aydınlıq gətirilir. Monoqrafiyada mövzunun aktuallığı, məqsəd və vəzifələri, elmi yeniliyi, praktik əhəmiyyəti səlist göstərilmişdir. "Ədəbiyyat xülasəsi" fəslində problemin həlli yollarına aid geniş və müasir ədəbiyyat araşdırması aparılmış, onkoloq və onkoortopedlərin qarşısında duran problemlərin həlli izah edilmişdir. İkinci fəsildə tədqiqatın material və metodları göstərilməklə yanaşı, sümük şişləri xəstəlikləri müşahidə olunan xəstələrin müayinəsi və müalicəsinə aid illüstirasiya və cədvəllər verilmişdir. Bu fəsildə, eyni zamanda, səlist statistik analiz aparılmışdır. Sonra yeni geniş fəsil "Şəxsi materiallar" verilmişdir. Burada sümük şişləri olan xəstələrin əhatəli kliniki, rentgenoloji, sitoloji, histoloji, histokimyəvi müayinələri şərh edilmiş və iri sümük və oynaqların endoprotezləşməsi metodikası göstərilmişdir.Həmçinin öyrənilən patologiyanın statistik xarakteristikası, residivləşmə və metastaz proqnozu verilmişdir. "Alınmış nəticələrin müzakirəsi" adlanan son fəsildə hər bir məsələyə aydınlıq gətirməklə bərabər, fəslə aid olan cədvəllər və konkret olaraq qarşıya qoyulmuş tapşırıqlara rəy və tövsiyələr göstərilir. Sonra nəticələr, monoqrafiyanın praktiki tövsiyələri və istifadə olunmuş ədəbiyyat verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısını 228 mənbə təşkil edir ki, bunlardan 24-ü - rus dilində, qalanları isə digər xarici dillərdə buraxılmış ədəbiyyatdır.
Beləliklə, Ə.T.Əmiraslanov, M.D.Əliyev və A.Ə.Əmiraslanovun "Onkoloji xəstələrdə iri sümük və oynaqların endoprotezləşməsi" monoqrafiyası mükəmməl tədqiqatdır və inanırıq ki, həkim-onkoloq, ortoped-travmatoloq və cərrahların, habelə, Tibb Universiteti tələbələrinin stolüstü kitabına çevriləcəkdir.

{nl}

Vaqif VERDİYEV, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, əməkdar elm xadimi, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında