Mərkəzi Bankda qanvermə aksiyası

Mərkəzi Bankda korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində qanvermə aksiyası keçirilmişdir. 
Mərkəzi Bankın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, "Qan ver, həyat bəxş et!" devizi altında təşkil olunan aksiyada iştirak edənlər əvvəlcə tibbi müayinədən keçmişlər. B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkimləri Mərkəzi Bankın aksiyada könüllü iştirak edən 100-ə yaxın əməkdaşından qan götürmüşlər. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaqdır.
Mərkəzi Bank gələcəkdə də müxtəlif sosial layihələrin həyata keçirilməsini planlaşdırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında