Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı "Qanın milləti yoxdur" aksiyası keçirmişdir

Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) növbəti dəfə "Qanın milləti yoxdur" xeyriyyə aksiyası keçirmişdir.
RAGT artıq üçüncü ildir İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycanlı Gənclər Klubunun dəstəyi ilə "Qanın milləti yoxdur, həyat bəxş et - donor ol!" devizi altında xeyriyyə aksiyası təşkil edir. Aksiya azərbaycanlı tələbə klubları üzvlərinin iştirakı ilə universitetin həmvətənimiz Əliheydər Rəhimovun başçılıq etdiyi Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutmuşdur.
Xeyriyyə aksiyasında 60-dan çox azərbaycanlı tələbə iştirak etmişdir. Dünya Qan Donoru Gününə həsr olunmuş aksiyaya ilk dəfə Kaluqa vilayətindəki azərbaycanlı gənclər klubunun nümayəndələri də qatılmışlar.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında