Burada peşəkar tibb işçiləri çalışır

Xeyli vaxtdır ki, kütləvi informasiya vasitələrində Azərbaycan səhiyyəsinin inkişafı, doğulub boya-başa çatdığım Bakının sağlamlıq ocaqlarının maddi-texniki bazasının tamamilə yenidən qurulması və müasirləşdirilməsi barədə xəbərlər oxuyur, eşidirdim.
Həmin xəbərlərin hamısı mənə adi fakt kimi gəlirdi. Çünki Azərbaycan başdan-başa inkişaf edirsə, səhiyyə ocaqlarının da bu tərəqqi ilə ayaqlaşması tamamilə təbiidir. Ancaq bu yaxınlarda səhhətimlə bağlı müraciət etdiyim səhiyyə müəssisələrindən birində şahidi olduğum faktlar, gördüyüm yeniləşmə sübut etdi ki, paytaxt səhiyyəsinin inkişafı barədə xəbərləri adi informasiya kimi qəbul etməkdə haqlı deyiləmmiş.
Dünya əhalisinin böyük əksəriyyətini öz təsiri altına almış şəkərli diabet xeyli müddətdir ki, mənə də problem yaratmışdı. Ona görə də yaşadığım ərazi üzrə - Əzizbəyov rayonundakı 14 saylı Şəhər Birləşmiş Xəstəxanasına müraciət etdim. Paytaxtın ən ucqar yaşayış sahələrindən birində - Buzovna qəsəbəsində yerləşən bu səhiyyə ocağında ilk gündən gördüklərim sübut etdi ki, Azərbaycan səhiyyəsinin bu günü barədə xoş məramla söz açan qələm sahibləri tamamilə haqlıdırlar.
Elə bilirdim ki, orada müalicə olunanlar yalnız buzovnalılar olar. Ancaq yeni təmirdən çıxmış, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş, bir tərəfdən Xəzərin dalğaları ilə, digər tərəfdən daha da zənginləşdirilmiş yaşıllıqlarla əhatə olunan Buzovna xəstəxanasında şəhərin müxtəlif yerlərindən gəlmiş adamları gördüm. Bəlkə, bunun bir səbəbi də tibbi personalın peşəkarlığı və xəstələri gülər-üzlə qarşılayıb canıyananlıqla qayğılarına qalmaqları idi.
Müraciət edənlərin hamısı kimi mən də yüksək səviyyədə müalicə olundum və səhhətimdəki problem aradan qalxdı. Ona görə də bu sağlamlıq ocağındakı ciddi nizam-intizam, tibbi personalın və yardımçı işlərdə çalışanların qayda-qanunlara lazımi səviyyədə əməl etməsi, xüsusən, səhiyyə naziri Oqtay Şirəliyevin məlum sərəncamından sonra tibbi xidmətlərin pulsuz göstərilməsi, xəstələrin ərzaq və dərmanla təminatının yüksək səviyyədə olması barədə fikirlərimi belə bir minnətdarlıq yazısına çevirmək istədim. Minnətdarlığımı isə səhiyyə nazirindən tutmuş 14 saylı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi Oqtay Salamova və o kollektivin bütün üzvlərinə ünvanlayıram. Xüsusən, həkim Səliməxanım Babayevaya və baş tibb bacısı Gövhər Mahmudovaya daha çox minnətdarlıq edirəm. Çünki onlar, həqiqətən, ulu öndərimizin dediyi kimi, öz xalqına və peşəsinə yüksək sədaqət nümayiş etdirirlər.

{nl}

T.MƏDƏTOVA

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında