Türkiyənin əmək və sosial müdafiə naziri Səhiyyə Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əmək və sosial müdafiə məsələlərinin hər bir ölkə üçün önəmli və vacib sahə olduğunu vurğulamışdır.
Nazir əhalinin sosial müdafiəsi baxımından Türkiyə kimi inkişaf etmiş ölkənin nümayəndələri ilə təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulamışdır. O. Şirəliyev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində görülmüş işlərdən, o cümlədən yerli müdavimlərin Türkiyə Respublikasının qabaqcıl ali təhsil ocaqlarında təhsil almasını, zəngin təcrübə keçməsini və təkmilləşərək ölkəyə tam hazır kadr kimi qayıtmasını əhəmiyyətli faktor kimi dəyərləndirmişdir.
Daha sonra türkiyəli qonaqlara ölkəmizdə tibb və sosial müdafiə sahəsində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən danışmışdır. Nazir, bir neçə il öncə ölkələrimiz arasında səhiyyə sahəsində imzalanmış protokolların daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirmişdir. Öz növbəsində türkiyəli nazir Faruk Çelik də özləri üçün ikinci Vətən saydıqları Azərbaycanla qurulmuş əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu bildirmişdir. Faruk Çelik qeyd etmişdir ki, onların hesablamalarına görə hazırda Türkiyədə 17 min azərbaycanlı, Azərbaycanda isə 43 min türk vətəndaşı yaşayır. Türkiyəli nazirin fikrincə, bu faktor ölkələrimiz arasında olan əlaqələrin daha da genişlənməsinə və təkmilləşməsinə səbəb olmalıdır. O, hər iki ölkədə yaşayan vətəndaşlarımızın yüksək səviyyədə tibbi yardım alması üçün yeni xüsusi protokolların hazırlanmasını təklif etmişdir.
Türkiyəli nazirin sözlərinə görə, Türkiyədə iki əsas səhiyyə qurumu fəaliyyət göstərir ki, onlardan biri Türkiyənin Sağlıq Bakanlığı, digəri isə Əmək və Sosial Müdafiə Bakanlığıdır. "Azərbaycanda dövlət tibbi xidməti ödənişsiz, Türkiyədə isə sığorta sistemi üzrə fəaliyyət göstərdiyi üçün hər iki ölkədə yaşayan vətəndaşlarımızın lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqi məqsədəuyğun olardı", - deyə Faruk Çelik bildirmişdir.
Oqtay Şirəliyev belə bir layihənin hazırlanmasını və tətbiqini dəstəklədiyini bildirmiş və bunun çox vacib məsələlərdən biri olduğunu vurğulamışdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında