Rusiya Azərbaycanlı Gənclər Təşkilatı "Qanın milləti yoxdur" donor aksiyası keçirmişdir

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin əcnəbi tələbələrlə iş dekanlığı "Qanın milləti yoxdur" adlı növbəti donor aksiyası keçirmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən humanitar aksiya professor Əliheydər Rəhimovun rəhbərlik etdiyi kliniki transfuziologiya və gematologiya kafedrasında keçirilmişdir. Bu barədə RAGT-nin nəzarət-təftiş komissiyasının üzvü, tibb elmləri namizədi Samirə Əliyeva bildirmişdir.
Gənc azərbaycanlılar bu tədbiri artıq 5 ildir keçirirlər və bu il qan verilməsində Moskva ali məktəblərinin 60-a yaxın nümayəndəsi, əsasən azərbaycanlılar iştirak etmişlər. Onlar hemofiliyalı və talassemiyalı xəstələr üçün qan vermiş, xəstə uşaqlara maddi yardım göstərmişlər.
Bu aksiya Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da talassemiya və hemofiliya xəstəsi olan uşaqlara yardım göstərilməsi layihəsinin bir hissəsidir. Məlum olduğu kimi, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda "Talassemiyasız həyat" layihəsinin həyata keçirilməsinin başlandığını elan etmişdir. Bu proqram Azərbaycanda həmin xəstəliklərlə mübarizədə dönüş nöqtəsi olmuşdur. Səhiyyə sahəsində bu genişmiqyaslı layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin mayında imzaladığı "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. "Talassemiyasız həyat" proqramı çərçivəsində 2009-cu ildə Bakıda Talassemiya Mərkəzi açılmışdır. Xəstəxananın pasiyentləri pulsuz dava-dərman və ixtisaslaşdırılmış tibbi yardım almağa, ölkə ictimaiyyəti isə çox mühüm problemin - qan donorluğu probleminin həllinə fəal qoşulmağa başlamışlar.
Səhər tezdən başlayaraq axşamadək davam edən aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri də qoşulmuşlar. RAGT-nin xeyriyyə aksiyası barədə informasiya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin saytında yerləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, son dörd ildə RAGT əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Onların arasında "Qanın milləti yoxdur" donor aksiyası, "Əmin ol ki, sağlamsan, xəstəliyə yox de!" pulsuz müayinə aksiyası, "Gənclər QİÇS-ə və narkomaniyaya qarşı" aksiyaları da vardır. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında