İnsan sağlamlığının keşiyində

Respublikamızda 1960-cı illlərin sonlarından etibarən bütün sahələrdə olduğu kimi quruculuq işlərində də irəliyə doğru böyük dönüş yaranmağa başladı. Bu tərəqqinin əsas səbəblərindən biri həmin dövrdə xalqımızın böyük oğlu Heydər Əlirza oğlu Əliyevin respublikaya rəhbər təyin edilməsi idi.
1969-cu ildən başlayaraq respublika həyatının və iqtisadiyyatının bütün sahələri güclü tərəqqi tapmış, çoxlu sayda quruculuq işləri aparılmış, yeni sənaye və təhsil müəssisələri yaradılmışdır. Bu illərdə ölkəmizdə həm də yüksək ixtisaslı milli kadrlar, mütəxəssislər yetişmişdir. Həmin ziyalılar ölkəmizin sonrakı inkişafına dəyərli töhfələr vermişlər.
Belə ziyalılarımızdan biri də mənalı ömür yolunun 75-ci zirvəsinə qədəm qoymuş təvazökar insan, bacarıqlı həkim, tibb elmləri namizədi Cəlal Cümşüdovdur.
Cəlal həkim ən çətin, təzadlı məqamlarda belə düz yoldan sapmamış, haqq sözü məqamında deməkdən çəkinməmişdir.
Cəlal Cümşüdovun həyat və ömür yolu indiki gəncliyimizə bir örnəkdir.
O, Astara rayonunun Nousadi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən C.Cümşüdov Astara rayonunun Kakalos kəndində yenicə açılmış kənd sahə xəstəxanasına baş həkim təyin edilmişdir.
1963-cü ildə cərrahiyyə üzrə ixtisaslaşdıqdan sonra Azərbaycan Elmi Tədqiqat Vərəm İnstitutunun torokal cərrahiyyə şöbəsində kliniki ordinaturada 2 il çalışdıqdan sonra həmin şöbədə əvvəlcə ordinator, daha sonra kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1964 - 1974-cü illərdə Cəlal həkim cərrahi əməliyyata məruz qalan xəstələrə kömək məqsədi ilə plevra boşluğuna süzülən qanın köçürülməsi məsələsini həll etmək üçün Elmi Şuranın qərarı ilə akademik M.Topçubaşov adına Elmi Tədqiqat İnstitutunda eksperimental tədqiqatlar aparmış və həmin mövzu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975-ci ildən 1980-ci ilə kimi baş elmi işçi, bölmə rəhbəri vəzifələrində çalışmış, 1980-ci ildən ATU-nun ftiziatriya kafedrasının assistenti, 1997-ci ildən dosent vəzifəsində çalışır.
Cəlal müəllim bir sıra elmi toplantılarda məruzə ilə çıxış etmiş, mükafatlandırılmışdır. Təcrübəli pedaqoq tədris və əyani vasitələrin hazırlanmasında fəal iştirak etmişdir.
C.Cümşüdov 80-dən çox elmi məqalənin müəllifi, səhiyyə əlaçısıdır.
O, insanları sevən xeyirxah bir şəxs kimi tanınır. Ona müraciət edən insanlara həmişə xüsusi diqqət və ciddiyyətlə yanaşır, heç kimin müraciətinə laqeyd qalmaz, kimsəni diqqətsiz buraxmaz. Sağlamlığımızın keşiyində durduğu üçün daim sağlam fikirdə, sağlam düşüncədə, sağlam əqidədə olmağa çalışmış və buna nail olmuşdur. Heç şübhəsiz ki, qarşıdakı illərdə də o, bu mövqeyini qoruyub saxlayacaqdır.

{nl}

Əli QASIMOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında