"Sağlam ailə sağlam gələcəyin təminatıdır"

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sağlam ailə sağlam gələcəyin təminatıdır" adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar.Onlara məlumat verilmişdir ki, mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzin elektron-lektoriya zalında keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov bildirmişdir ki, ümumbəşəri sivilizasiyanın minilliklərlə ölçülən mövcudluq salnaməsi sübuta yetirmişdir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq, keçmişindən, soy-kökündən ayırmaq üçün ona öz tarixini, milli ənənə və dəyərlərini unutdurmaq yetərlidir. Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi keyfiyyətlərini, mental xüsusiyyətlərini hər bir ictimai-iqtisadi formasiyada hifz edərək mütərəqqi yolla irəliləyir, milli özünəməxsusluqlarını qoruyub saxlayırlar.
Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük himayədarı kimi tanınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev də ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparmaqla yanaşı, eyni zamanda, daim milli və bəşəri ideyaların, zəngin mənəvi-estetik irsin boyük hamisi kimi çıxış edir.
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti xalqımıza xas mütərəqqi dəyər və ideyaların ictimai şüurda möhkəmlənməsinə yönəlmişdir.
Ə.Talıbov vurğulamışdır ki, bugünkü tədbir də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunmasına həsr edilmişdir. Natiq həmçinin bildirmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyası həyata keçirilir.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Suraxanı Rayon Qeydiyyat şöbəsinin rəisi Solmaz Həsənova, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova qeyd etmişlər ki, ölkəmizdə insanların, əsasən də dünyaya gələcək yeni nəslin sağlamlığının təminatı üçün dövlət tərəfindən əksər mümkün imkanlar yaradılmış və bu gün də yaradılmaqda davam edir. Bu gün Azərbaycanda gənclərin, xüsusən də ailə həyatı qurmağa hazırlaşan gənclərin hər birinin sağlamlığı və onların səhhətindəki problemlərin öyrənilərək gələcəkdə yarana biləcək potensial təhlükələrdən sığortalanması üçün də böyük işlər görülür. Azərbaycanda mövcud olan "Ailə Məcəllləsi"nə ediləcək əlavə və dəyişikliklər də bu məqsədə xidmət edir. Belə ki, göstərilən məcəllədə ailə qurmağa hazırlaşan iki gəncin ailə qurmazdan əvvəl tibbi müayinədən keçməsi və bu haqda müvafiq qurumlara sənəd təqdim etməsi məsələsinin də yer alması nəzərdə tutulmuşdur. Bu qanun hər bir Azərbaycan gəncinin sahib olacağı ailənin sağlamlığına əvvəlcədən verilən zəmanətdir.
Diskussiya formasında keçirilən görüşdə nigaha daxil olmaq üçün ərizə ilə müraciət edən gəncləri və digər iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilmişdir.
Tədbirdə həmçinin vurğulanmışdır ki, "Sağlam ailə sağlam gələcəyin təminatıdır" adlı maarifləndirici layihənin həyata keçirilməsi gənc nəslin sağlamlığı və bununla sağlam gələcəyin formalaşdırılması işində faydalı olacaqdır.
Sonda ailə quran iki gəncin nigah mərasimi keçirilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında