"Zəfəran" apteklərində təqaüdçülər üçün aksiya

7 Aprel Ümumdünya Sağlamlıq Günüdür
Qan təzyiqi və görmə qabiliyyətini ödənişsiz ölçəcəklər
Hər ilin bu günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mühüm qlobal sağlamlıq mövzusu seçir, bu və ya digər məsələyə diqqəti cəlb etmək üçün beynəlxalq tədbirlər təşkil edir.
Ümumdünya Sağlamlıq Gününün builki mövzusu "Fəal və sağlam qocalma - 2012"dir.
Bu məqsədlə aprelin 6 və 7-də Azərbaycanın ən böyük apteklər şəbəkəsi "Zəfəran"da aksiya keçiriləcək. Aksiyanın əsas məqsədi yaşlı müştərilərin diqqətini ürək-damar xəstəliklərinə cəlb etmək və onları erkən müəyyən etmək üçün sağlamlıq monitorinqinin əhəmiyyətini bildirməkdir. Yaşlı nəslin nümayəndələri "Zəfəran" apteklərində tamamilə pulsuz qan təzyiqi və görmə qabiliyyətini ölçdürə bilərlər. Bunun üçün, sadəcə, əczaçıya müraciət etmək kifayətdir. Qeyd edək ki, aksiyanı alman istehsalı olan "Boso" tonometrləri təmsil edir. Bundan əlavə, "Zəfəran"ın optika şöbələrində iki gün ərzində bütün növ gözlük çərçivələrinə 40% endirim tətbiq olunacaq. Azadlıq prospekti, 149 nömrəli ünvanda (keçmiş "Mir" kinoteatrının yaxınlığında) yerləşən aptekdə isə, eyni zamanda, gözlərinizi müayinə etdirə və göz sağlamlığı ilə bağlı bütün məsələlər üzrə oftalmoloqdan pulsuz məsləhət ala bilərsiniz.
Ətraflı məlumatı istənilən şəhər və ya mobil rabitə operatorlarından * 8811 saylı qaynar xətt vasitəsilə zəng edərək əldə edə bilərsiniz.
Kampaniya haqqında şərh və ya əlavə məlumatı www.zeferanaptek.az internet saytından ala bilərsiniz.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında