Bakıda III Azərbaycan-Almaniya cərrahiyyə günləri çərçivəsində konfrans keçirilmişdir

Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (AATƏC), Milli Onkologiya Mərkəzi (MOM), "İrəli" İctimai Birliyi (İB) və Almaniyanın Siegen Marien Krankenhaus Klinikasının birgə əməkdaşlığı ilə Bakıda III Azərbaycan-Almaniya cərrahiyyə günləri keçirilir.
Bununla əlaqədar martın 8-də "Monolit Plaza" hotelində tibbi təhsil alan tələbələr və gənc həkimlər üçün konfrans təşkil olunmuşdur.
Tədbirdə konfransın əhəmiyyətindən danışan AATƏC-in sədri, professor Qurbanxan Müslümov bildirmişdir ki, belə elmi tədbirlər səhiyyənin inkişafında əsaslı rol oynayır. Diqqətə çatdırılmışdır ki, konfransda Almaniyanın üç nüfuzlu klinikasının rəhbərləri iştirak edirlər. Almaniyanın aparıcı klinikaları ilə 2003-cü ildən başlanan əməkdaşlıq bu gün də uğurla davam etdirilir.
Almaniyanın Siegen Marien Krankenhaus Klinikasının professoru Frank Villeke vurğulamışdır ki, azərbaycanlı tələbələr və gənc həkimlər məlumat almağa böyük maraq göstərirlər. Azərbaycan gəncləri bizdən öyrəndikləri kimi, biz də onlardan öyrənirik.
Çıxışlardan sonra AATƏC-in, MOM-un və "İrəli" İB-nin birgə həyata keçirdikləri "Elmi-tibbi tədqiqatların müasir əsasları və istiqamətləri" layihəsinin yekun nəticələri təqdim olunmuşdur.
Bildirilmişdir ki, layihənin icrasına bir il əvvəl MOM-un direktoru, akademik Cəmil Əliyevin elmi rəhbərliyi ilə başlanılmışdır. Layihə çərçivəsində indiyədək ölkəmizdə və dünyada əldə olunan tibbi nailiyyətlər, ədəbiyyatdan istifadə etmək, diskussiya aparmaq və s. məsələlərlə bağlı 60 iştirakçıya treninqlər keçirilmişdir.
Qeyd olunmuşdur ki, layihəyə təqdim olunmuş tədqiqat işlərinin nəticələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qalib müəyyən ediləcəkdir. Qalib iştirakçı Almaniyanın aparıcı klinikalarının birində tədqiqat laboratoriyası ilə tanış olmaq , elmi işini davam etdirmək imkanı qazanacaqdır.
Almaniyalı professorlar tərəfindən laparoskopik cərrahiyyə və anesteziologiya üzrə təlimlərlə davam edən konfrans martın 9-da başa çatmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında