BƏYBALA XUTKAR OĞLU ABASOV

Azərbaycanın tibb ictimaiyyətinə ağır itki üz vermişdir. 2012-ci il fevral ayının 16-da Azərbaycan Tibb Universitetinin ümumi cərrahlıq və anesteziologiya kafedrasının professoru, əməkdar elm xadimi, tibb elmləri doktoru, Prezident təqaüdçüsü Bəybala Xutkar oğlu Abasov 89 yaşında vəfat etmişdir.
Bəybala Abasov 1923-cü il noyabr ayının 17-də Siyəzən rayonunun Zərgərli kəndində anadan olmuşdur. 1942-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirib, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi, 1950-1953-cü illərdə ATİ-nin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının klinik ordinatoru olmuşdur.
1953-1963-cü illərdə Semaşko adına xəstəxananın operativ cərrahlıq və topoqrafik anatomiya kafedrası nəzdində cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1960-cı ildə "Ümumi yuxu arteriyası və onun şaxələrinin boyunda müxtəlifliyi və onların defektlərinin xarici yuxu arteriyasının yerini dəyişməklə əvəz olunması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1961-1963-cü illərdə ATİ-nin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasının assistenti vəzifəsində işləmişdir. 1963-1968-ci illərdə Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının doktoranturasında oxumuş, 1968-ci ildə "Qarın aortasının rezeksiyası və plastikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etdikdən sonra ATİ-nin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasında fəaliyyətini davam etdirmişdir. O, 1969-cu ildə Bakıda ilk dəfə reanimasiya, ürək-damar və təcili yardım üzrə cərrahiyyə kursu təşkil edərək, onun müdiri vəzifəsini yerinə yetirmişdir.
Alimin elmi fəaliyyəti çoxcəhətli olmuşdur və ürək-damar, mikrocərrahiyyə, döş qəfəsi, abdominal və ümumi cərrahiyyə kimi sahələri əhatə etmişdir. Professor B.Abasov bu sahələr üzrə 150-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 3 dərsliyin, bir sıra dərs vəsaitlərinin, 2 ixtiranın, bir neçə səmərələşdirici təklifin müəllifi olmuşdur.
Professor B.Abasovun rəhbərliyi altında 1 doktorluq 4 namizədlik dissertasiyası işi hazırlanmışdır.
Son dərəcə dinamik işgüzar, təvazökar, qayğıkeş bir alim və müəllim, bacarıqlı həkim kimi tanınan professor Bəybala Abasov müəllimlərin, tələbələrin, müalicə etdiyi xəstələrin hörmət və rəğbətini qazanmışdır.
Alim bir çox xarici ölkələrdə - Yaponiyada, Hindistanda, Budapeşdə, İranda, Rumıniyada, Tbilisidə, Moskvada, Sankt-Peterburqda, Kiyevdə, İrkutskda, Daşkənddə, Düşənbədə, Almatıda keçirilən konfrans, qurultay, simpoziumlarda iştirak edərək, elmi məruzələrlə çıxışlar etmişdir.
Professor Bəybala Abasovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli alim "Şöhrət" ordeninə, "Səhiyyə əlaçısı" döş nişanına, respublikanın əməkdar elm xadimi və əməkdar həkimi fəxri adlarına, Prezident təqaüdünə, həmçinin 3 medala, səhiyyə nazirliyinin fəxri fərmanlarına və s. təltiflərə layiq görülüb, Siyəzən Şəhər Mərkəzi Xəstəxanasına onun adı verilib.
Nüfuzlu alim, qayğıkeş müəllim, şəfqətli həkim kimi tanınan professor Bəybala Abasovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.

{nl}

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında