Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilmişdir. 
Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov və Xidmətin sektor müdiri Kamil Qurbanov Muxtar Respublikada baytarlıq xidməti sahəsində həyata keçirilən tədbirlərdən danışmış, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək daxili bazarda məhsul bolluğunun yaradılması, əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının daha dolğun şəkildə ödənilməsi, yaradılmış yeni emal müəssisələrinin xammalla təchiz olunmasında kənd təsərrüfatının müstəsna əhəmiyyət daşıdığını demişdir. Ona görə də bu sahənin inkişafı Muxtar Respublikamızda daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə olaraq aqrar islahatların aparılmasına, o cümlədən zərərlə işləyən kolxoz və sovxozların mal-qarasının özəlləşdirilməsinə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında məhz Naxçıvanda başlanılmışdır. Bütün bu amillər baytarlıq təbabətinin müasir dövrün tələblərinə uyğun şəkildə qurulmasını zəruri edir.
Ali Məclisin sədri xidmətin səviyyəsini daha da yüksəltmək üçün bir sıra tapşırıq və tövsiyələr vermişdir.
Daha sonra Vasif Talıbov Xidmət üçün alınmış yeni avadanlıq və dərman preparatlarına baxmış, rayon və kəndlərdə baytarlıq xidmətinin təşkili ilə maraqlanmış, süni mayalandırma dəstlərini texniklərə təqdim etmişdir. Baxış zamanı Naxçıvan Dövlət Universitetində baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin burada təcrübə keçməsinin əhəmiyyəti qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin fərqlənən bir qrup əməkdaşına hədiyyələr verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında