Səhiyyə naziri Oqtay Şirəliyev Dünya Səhiyyə Assambleyasının 63-cü sessiyasında iştirak etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev Cenevrə şəhərində keçirilmiş Dünya Səhiyyə Assambleyasının 63-cü sessiyasında iştirak etmişdir.
Səhiyyə naziri Belarus Respublikasının səhiyyə naziri Vasili Jarko, Daimi Komitədə tərəf-müqabili olan Andorranın səhiyyə naziri Kristina Rodriges və Vaksinasiya və İmmunizasiya üzrə Qlobal Alyansın və Dünya Səhiyyə Təşkilatı (DST) Katibliyinin nümayəndələri ilə işçi görüşlər keçirmişdir.
Belarusun səhiyyə naziri ilə görüşdə ölkələrimiz arasında imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Sazişin yerinə yetirilməsi, habelə tibbi kadrların diplomdan sonrakı hazırlığı üzrə əlaqələrin davam etdirilməsi məsələləri müzakirə olunmuşdur.
DST Avropa Regionu Daimi Komitəsində tərəf-müqabilimiz Andorranın səhiyyə naziri və bu ölkənin digər səhiyyə rəsmiləri ilə görüşdə daimi komitədə birgə fəaliyyət planı və ölkələrimiz arasında səhiyyə sahəsində əlaqələrin yaradılması imkanlarının perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.
Vaksinasiya və İmmunizasiya üzrə Qlobal Alyansın Katibliyi bu sahədə Alyansın apardığı proqram və layihələr haqqında hazırladığı hesabatı Azərbaycan tərəfinə təqdim etmişdir.
DST Katibliyinin nümayəndələri ilə görüşdə 2011-ci ilin sentyabrında DST Avropa Regionu növbəti sessiyasının keçirilməsi üzrə işçi qrupun Azərbaycana səfəri proqramı məsələləri də müzakirə edilmişdir.
Qeyd edək ki, 63-cü sessiyada da DST-nin Baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış etmişdir.
Baş direktor öz məruzəsində təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, yeni təzahür edən infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, geniş masştablı immunizasiya tədbirlərindən, Minilliyin İnkişaf Məqsədlərində səhiyyəyə aid hədəflərin təyin olunmasından danışmışdır. Eyni zamanda, QİÇS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən, habelə üzv ölkələrin səhiyyə və sosial sferaya maliyyə yatırımlarından və bunun müstəsna əhəmiyyətindən söz açmışdır.
Tədbirdə səhiyyənin texniki məsələləri, beynəlxalq tibbi-sanitar qaydaların həyata keçirilməsi, ictimai səhiyyə və innovasiyalar, infeksion xəstəliklərlə mübarizə, yeni doğulmuşların qidalanması, tibb personalının işlə təmin edilməsində beynəlxalq kodeks, virus hepatiti, vərəmlə mübarizə, poliomielitin aradan qaldırılması, qan məhsullarının təhlükəsizliyi və keyfiyyəti, səhiyyə sahəsində elmi tədqiqat işlərinin aparılmasında DST-nin rolu, tibbi kadrların hazırlanması, mühacirlərin sağlamlığı, dərmanların səmərəli istifadəsi və saxta tibbi məhsulların aradan qaldırılması və digər məsələlər müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında